Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

 

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.

Təhsil Nazirliyindən  mediaya bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.