Türkiyə XİN: Təcavüzkar Ermənistan rəhbərliyinin ağılını başlarına yığmasının vaxtı gəlib çatıb

Birinci Dünya müharibəsinin sonunda vətənimizi parçalayaraq müstəqilliyimizi və suverenliyimizi sona gətirmək məqsədilə 1920-ci il avqustun 10-da imzalanan Sevr anlaşması işğal və məhv etmə planlarının həyasızcasına ortaya qoyduğu bir ibrətlik vəsiqəsidir.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin təcavüzkar Ermənistan tərəfinin mövzu ilə bağlı acıqlamasına verdiyi qətiyyətli cavabda əksini tapıb. Bildirilir ki, böyük türk millətinin qəhrəmanlıqla həyata keçirdiyi qurtuluş savaşı əsasında 1923-cü il iyulun 24-də imzalanan Lozanna Sülh Anlaşması əsasında Sevr müqaviləsini yırtıb tarixin zibilliyinə atmışdır. Tarixdən dərs almaq əvəzinə düşmənçilik çıxaranların aradan keçən bir əsrlik zaman kəsiyində bu sənədə ümidli olmaları çaşqınlıq yaratmır. Əsl türk millətinin Anadolunu işğal etmək iddiasında olanlara verdiyi dərs və imperializmə vurduğu ağır zərbə tarix kitablarında dərs olaraq oxunmaqdadır. Bu şanlı mücadilə digər məzlum millətlərə də örnək olmuşdur. Bu gün öz xalqını doydurmağa acızlik çəkən bir rəhbərliyin yüz il sonra türk millətinin yırtıb atdığı Sevri gündəmə gətirməyə cürət etməsi boş bir məşğuliyyətdir. Belə hiyləgər əməllərə qapılanların Türkiyənin vətəni və milliyyəti bölünməz bütünlüyünü və həmrəyliyini davam etdirməsi qarşısında həvəslərinin ürəklərində qalacağını yaxşı bilmələri lazımdır.

Azərbaycan torpaqlarını illərdən bəri qanunsuz yolla işğalda saxlayan Ermənistan regional sülh və sabitliyin qarşısını alan əsl maneədir. Təcavüzkar Ermənistan rəhbərliyinin milliyyətçi siyasətdən əl çəkərək ağıllarını başlarına yığmağının vaxtı gəlib çatıb. /Azərtac/