Redaksiya

Redaksiyanın fəaliyyət istiqamətləri:

– Mərkəzdə hazırlanmış kitabların nəşri və yayılması;
– Mərkəzin rüblük orqanı olan “Bülleten”in nəşri və yayılması;
– Mərkəzin mətbuat xidməti funksiyalarının həyata keçirilməsi;
– Mərkəzin təbliği ilə əlaqədar nformasiyaların toplanması və sistemləşdirilməsi.


Baş redaktor
Dəyanət Bayramov

Dəyanət Osman oğlu Bayramov (Dəyanət Osmanlı).

16.06.1965-ci ildə Borçalı mahalının Saraclı kəndində anadan olub. Ali təhsillidir. 3 övladı var.

Təhsili:

1986-1991-ci illərdə Baki Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti:

2006-ci ilin dekabrından Atatürk Mərkəzinin baş redaktoru
2006-ci ildən AzAtaM-ın “Bülleten”inin məsul katibi.
1992-2005 – MM-in orqanı “Azərbaycan” qəzetində parlament müxbiri.
1992 – “Azərbaycan” qəzetində müxbir.
1992 – “Fəryad” qəzetində şöbə redaktoru.
1991-1992 – “Mübarizə” qəzetində şöbə müdiri.

Üzvü olduğu ictimai qurumlar
2011-Türk Dünyası İnfo İB-nin sədri
2014 – Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü.
2004- Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.
2004- Yeni Azərbaycan Partiyası
1997- Azərbaycan Yazıçılar Birliyi Məclisinin üzvü.
1996- Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Kitabları:

1. “Ağ kitab” (D.Osmanlı).Bakı.1997.
2. “Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir” Prof. N.Cəfərovla müsahibələr. (D.Osmanlı) Bakı, 2003.
3. “İlham Əliyev” (Prof. N.Cəfərov, D.Osmanlı). Bakı.2004.
4. “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” (Prof. N.Cəfərov, D.Osmanlı). Bakı, 2004.
5. “Nizami Cəfərov”. (D.Osmanlı). Bakı, 2005.
6. “Atatürk Mərkəzi”. (D.Osmanlı – həmm.). Bakı,2008.
7. “Osmanlı Sultanları”( D.Osmanlı – həmm.). Bakı, 2008.
8. “İlk… Və… Son…”. (D.Osmanlı). Bakı, 2009.
9. “Türk dünyasının yeni lideri” (Prof. N.Cəfərov, D.Osmanlı). Bakı, “Çaşoğlu”, 2009.
10. “Türk Dünyasının birliyi ideyası və Heydər Əliyev” (Layihə rəhbəri – D.Osmanlı). Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2011.
11. “İmperiyadan Cümhuriyyətə” (D.Osmanlı –həmm.). Layihə rəhbəri. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2012.
12. Atatürkün Azərbaycan Siyasəti (Nizami Cəfərov, Mehmet Akif Tural). Layihə rəhbəri – Dəyanət Osmanlı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2013.
13. “Çağdaş seçkin Azerbaycan Şiiri” (Türkiyə türkcəsində). Tərtibçi və layihə rəhbəri – D.Osmanlı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2014.
14. “Çağdaş azərbaycan poeziyası” (gürcü dilində). Tərtibçi və layihə rəhbəri – D.Osmanlı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2015.
15. “Nəfəsimin qatili” (D.Osmanlı). Bakı, 2015.
16. “The Sound of Blood” (D.Osmanlı). . Baku, 2015.
17. “Müstəqilliyin 25 ili:Azərbaycançılıq ideyası və dil siyasəti” – Tərtibçi və layihə rəhbəri D.Osmanlı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2016.
18. “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolları” Tərtibçi və layihə rəhbəri D.Osmanlı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə. Bakı, 2016.

Ödülləri:

1. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü (2008).
2. TÜRKSOY – “Təşəkkür Bəlgəsi” (2014).
3. TÜRKSOY – “Təşəkkür Bəlgəsi” (2015)

e-mail: osmanli.d@gmail.com

 

Redaktor
Mehdiyeva Zülfiyyə Ağadadaş qızı

16.05.1970- ci ildə Lənkəran şəhərində anadan olub. Ali təhsillidir.
1991-1996 – Azərbaycan Dövlət Universitetinin (indiki BDU) «Filologiya» fakültəsində təhsil alıb
1987-1991 – S.Hacıbəyov adına Musiqi Texnikumunun fortepiano şöbəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti:
2009- cu ilin aprelindən Atatürk Mərkəzinin redaktorudur.
1999-2008- ci illərdə Azərbaycan Texniki Universitetində baş laborant vəzifəsində çalışıb.
Kitabları:
2017-ci ildə “Mustafa Kamal Atatürk. Zəfər sirləri” Bakı.2017
Məqalələri:
“Vətənim türk, mahalım türk, elim türk!”
“Türk adının tarix səhnəsinə çıxması”
“Süleyman Dəmirəl”
“Ermənilərin türklərə qarşı işğalçı siyasəti və soyqırımlar”
“Əski türk ordusunun əsas mahiyyəti”

E-mail: m.zula.a@mail.ru

Redaktor Mirbəşir Cabbar oğlu Cabbarov

24.11.1951-ci ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur.

Təhsili:
1973-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində oxumuşdur.

Əmək fəaliyyəti:
2003-cü ildən Azərbaycanda Atatürk Mərkəzində redaktor vəzifəsində işləyir.
1987-ci ildən1990-cı ilə kimi “Elm və Həyat” jurnalında xüsusi müxbir;
1990-cı ildən 1994-cü ilə kimi “Mərhəmət” jurnalında şöbə müdiri;
1994-1998-ci illər “Qafqaz” qəzetində baş redaktor işləmsişdir.

 

Operator
Həsənova Günay Rüstəm qızı

1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakütləsinin türk dili və ədəbiyyatı bölməsinə daxil olub. 2004-cü ildə bakalavr, 2006-cı ildə isə magistratura pilləsini bitirib. Ankara Universiteti TÖMER kurslarinda iştirak edib. 2007-ci ildən Azərbaycanda Atatürk Mərkəzində operator vəzifəsində çalışır.