Nəşrlər


Nizami Cəfərov – Azərbaycanşünaslığıa giriş

Bakı, AzAtaM, 2002
Filologiya elmləri doktoru, professor Nizami Cəfərovun bu əsəri müəllifin azərbaycanşünaslıq sahəsində ardıcıl olaraq apardığı araşdırmaların məhsuludur. Əsərin ideya-metodoloji əsasında böyük mütəfəkkir Heydər Əliyevin azərbaycançılıq (və azərbaycanşünaslıq) barədəki fikirləri, mülahizələri dayanır ki, həmin fikirlərin, mülahizələrin əməli nəticəsi Azərbaycan xalqının idealı(və şah əsəri) olan Azərbaycan Respublikasıdır.Kitab müstəqil(milli) dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan İnsanının mənəvi-ideoloji yüksəlişinə xidmət edəcəkdir.
 


Əkbər Qoşalı – Nursultan Nazarbayev

Bakı, AzAtaM, 2002
Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin elmi əməkdaşı Əkbər Qoşalı (Yolçuyev) bu kitabında Türk Dünyasının görkəmli dövlət xadimlərindən biri, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin siyasi portret-obrazını yaratmışdır.

 
 


İrfan Ülkü, Əli Həsənov – Süleyman Dəmirəl

Bakı, AzAtaM, 2002
Tanınmış tarixçi-publisist İrfan Ülkü və tarix elmləri doktoru Əli Həsənovun birgə yazmış olduqları bu kitabda Türk Dünyasının görkəmli dövlət və siyasi xadimi, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin siyasi portret-obrazı yaradılmışdır.

 
 


Nizami Cəfərov, Heydər Əliyev

Bakı, AzAtaM, 2002
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun bu kitabında Türk Dünyasının görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi portret-obrazı yaradılmışdır.

     
     


Nazir Əhmədli, Müstafa Kamal Atatürk

Bakı, AzAtaM, 2002
Bu kitab Azərbaycanda Atatürk Mərkəzinin oxuculara ilk hədiyyəsidir. Kitabda Türkiyə Respublikasının yaradıcısı, bütüyn dünya ictimaiyyətinin yüksək qiymətləndirdiyi Qazi Mustafa Kamal Paşa Atatürkün yaşadığı tarixi şərait, həyatı və fəaliyyəti təsvir edilmişdir. Mətn maraqlı tarixi illüstrasiyalarla zənginləşdirilmişdir.

 
 
 

Pages: 1 2 3 4 5 6 7 8 9