Nəşrlər

Spread the love


Q.İlkin – Türk ordusu Bakıda

Bakı-AzAtaM, 2003
1918-ci ilin qanlı qırğınlarında Qafqaz İslam Ordusu ildırım surətilə Bakıya gəldi və Şaumyanın rəhbərlik etdiyi erməni-rus birləşmələrini darmadağın etdi. Həmin tarixi hadisələr indi də dildə-ağızda dolaşmaqdadır. Xalq yazıçısı Qılman İlkin bu kitabçasında, o günlərin şahidi kimi, gördüklərini publisistik bir dillə qələmə almışdır.
 
 


İ.Vəliyev, K.Muxtarov – Heydər Əliyev və türk dünyası

Bakı, AzAtaM, 2003
Bu kitabda təkcə Azərbaycan xalqının deyil, eyni zamanda bütün türk dünyasının şanlı oğullarından biri, dünya şöhrətli siyasətçi və dövlət xadimi, son 10 ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti və nüfuzlu lider Heydər Əliyevin bizimlə eyni kökdən olan türk xalqını bir-birinə daha da yaxınlaşdırmaq, qovuşdurmaq, onları vahid ailədə sıx birləşdirmək sahəsində göstərdiyi məqsədyönlü fəaliyyəti təkzibedilməz faktlarla işıqlandırılmışdır.

 
 


N.Q.Cəfərov – Qədim türk ədəbiyyatı

Bakı, AzAtaM, 2004
Azərbaycan MEA-nın müxbir üzvü, professor N.Q.Cəfərovun hazırladığı “Qədim türk ədəbiyyatı” müntəxəbat- tədqiqatına türklərin e. ə. I minilliyin ortalarından eramızın I minilliyinin sonu-II minilliyinin əvvəllərinə qədər yaratdıqları ədəbiyyatın ideya-məzmun, poetik formaca xarakterik nümunələri, onların müasir Azərbaycan türkcəsinə tərcüməsi, müxtəsər elmi- nəzəri şərhi daxildir.

 
 


Nizami Cəfərov – Anar

Bakı, AzAtaM, 2004
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun bu kitabı Azərbaycanın, ümumən Türk Dünyasının görkəmli yazıçısı, mütəfəkkir-alimi və ictimai xadimi Anarın çoxmiqayslı yaradıcılığından, məhsuldar və çoxistiqamətli fəaliyyətindən bəhs edir. 

 

     
     


Akkan Suver, Atatürkü yaşamak

Bakı, AzAtaM, 2003
Dr. Akkan Suverin bu kitabında 1998-2003-cü illərdə “Təqvim” qəzetində (Türkiyə) yayınlanan köşə yazıları və 1968-ci ildə Atatürkün yaxın dostlarından götürdüyü müsahibələr toplanmışdır. Ulu öndərin haqqa qovuşmasının 65-ci, Türkiyə Cümhuriyyəti qurulmasının 80-ci ildönümünə həsr edilmiş kitab Azərbaycanda Atatürk Mərkəzinin və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun Mərmərə Vəqfinin düzənlədiyi VI Avrasiya Ekonomi Zirvəsinə ərmağanıdır. 

 

 


“Füyuzat” jurnalı biblioqrafiya. Tərtibçi: Aydın Xəlilov

Bakı, AzAtaM, 2002
Tarix elmləri namizədi Aydın Xəlilovun tərtibçisi olduğu bibloqrafiyada 1 noyabr 1906-1 noyabr 1907-ci ilədək Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına işıq üzü görmüş “Füyuzat” jurnalında dərc olunan materiallar janrlar üzrə ayrı-ayrı bölmələrdə qruplaşdırılmışdır. Müəlliflərin adları əlifba prinsipi ilə və əsərlərin xronologiyası əsasında verilmişdir. 

 

 


Səfalı Nəzərli – Heydər Əliyev Atatürk haqqında.

Bakı, AzAtaM, 2003
Əbəs deyildir ki, M.K.Atatürk YUNESKO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmişdir. H.Əliyev böyük öndəri həmişə özü üçün örnək qəbul etmiş, onun təcrübəsindən daim bəhrələnmişdir. Bunun nəticəsidlir ki, H.Əliyev 1999-cu ildə Atatürk Beynəlxalq Sülh Mükafatına, 2002-ci ildə isə “Baş müəllim Atatürk” mükafatına layiq görülmüşdür. Bu kitabda Heydər Əliyevin xüsusilə son 10 ildə müxtəlif məqamlarda Atatürk haqqında söylədiyi dəyərli fikirləri toplanmışdır.

 

Pages: 1 2 3 4 5 6 7 8 9