Nəşrlər

Spread the love


Rahid Ulusel – Ulutürklük

Bakı, AzAtaM, 2002
Bir sıra elmi-fəlsəfi əsərlərin müəllifi Rahid Uluselin bu kitabında Avrasiyada türk dövlətlərinin, eyni zamanda Azərbaycanın siyasət və mədəniyyət tarixinin əsas xüsusiyyətləri, yüksəliş və tənəzzül, yenidən dirçəliş dövrləri, türklər və islam, türk dünyasının bütövlüyü və onun geostrateji önəmi, qloballaşma çağında milli özünüdərketmə problemləri, yeni dünya nizamında ABŞ-Türkiyə-Azərbaycan müttəfiqliyinin qlobal mahiyyəti və buna Rusiyadakı fəlsəfi-politoloji münasibət baxımından araşdırılır.

 


Anadolu Abilova, İbrahim Abilov – Azerbaydjanskiy druq Atatürka

Bakı, AzAtaM, 2003
Anadolu Abilovanın bu kitabı Azərbaycanın Türkiyədəki ilk səfiri İ.Əbilovun diplomatik fəaliyyətinə, Mustafa Kamal Atatürklə İ.Əbilovun dostluğundan bəhs edir.

 

 
 
 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələri qurulmasının 10 illiyinə həsr olunmuş elmi- praktik konfrans (14 yanvar 2002-ci il).

Bu kitaba Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi ilə əlaqədar Azərbaycanda Atatürk Mərkəzi ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin 2002-ci il yanvarın 14-də birgə kecirdikləri elmi-praktik konfransın materialları daxil edilmişdir. 

 

 
 
 


Azərbaycan Türkologiyası (Tərtibçilər: P.Məmmədova, S.Məmmədova, Ə.Yolçuyev)

Bakı, AzAtaM, 2002
Bu biblioqrafiyada ötən əsrin 20-30-cu illərində Bakıda Azərbaycan (həm ərəb, həm də latın qrafikalı əlifba ilə) və rus dillərində çap olunmuş ədəbiyyat və elmi məqalələrin siyahısı verilmişdir. 

 

     
     


Bəxtiyar Tuncay – XXI əsrin perspektivləri: Azərbaycandan baxış

Bakı, AzAtaM, 2003
Müəllifi tanınmış publisist olan bu kitab adından da məlum olduğu kimi müstəqil dövlətimizin, toplumun sahib olduğu milli və bəşəri dəyərlərin, keyfiyyətlərin yanısıra yiyələnməli olduğu yeni mütərəqqi düşüncə sisteminin vacibliyi məsələsindən bəhs edir. Zəmanəmizin böyük azərbaycanlısı H.Əliyevin “Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır, dönməzdir” kəlamına haqq qazandıran müəllif böyük Azərbaycan fikir adamları, mütəfəkkirlərinin irsinə, yeni dünya düzəninin qanunauyğunluqlarına və ümumtürk maraqlarına istinad edərək geniş oxucu kütləsinin marağına səbəb ola biləcək bir əsər yaza bilmişdir.

 


Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları (Tərtibçi: Samirə Məmmədova)

Bakı-AzAtaM, 2003
Bu biblioqrafiyada azərbaycanlı alimlərin və müəlliflərin Azərbaycanda və xarici ölkələrdə Türkiyə Cümhuriyyətinə və Atatürkə elmi əsərləri barədə məlumatlar toplanmışdır.
 
 
 
 


Türkiyə Atatürkün, Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir

Bakı-AzAtaM, 2002
Şair-publisist, “Azərbaycan” qəzetinin əmək-daşı Dəyanət Osmanlının professor, millət vəkili Nizami Cəfərovla söhbətlərinin toplandığı kitabda böyük dövlət qurucuları Atatürklə Heydər Əliyevin xidmətlərindən bəhs edilir.

 
 
 
 

Pages: 1 2 3 4 5 6 7 8 9