Nəşrlər


Qars müqaviləsi – Tərtib edəni və “Ön söz” müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı)

Bakı, 2004
Bu kitaba Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyə arasında Qars şəhərində 13 oktyabr 1921- ci ildə imzalanmış tarixi müqavilənin rus, türk, fransız dillərində mətni, həmçinin Azərbaycan dilinə tərcüməsi daxil edilmişdir. Müqavilə ilk dəfə Azərbaycan dilinə tarix elmləri namizədi Hüsaməddin Qaramanlının tərcüməsində işıq üzü görür.
Kitab bu Müqavilə ətrafında yaranmış bir çox mübahisələrə son qoyacaqdır.

 


Azərbaycanda Atatürk Mərkəzi (albom). (Tərtib edən: Səfalı Nəzərli)

Bakı, 2004
Bu il aprelin 10-da Azərbaycanda Atatürk Mərkəzinin rəsmi açlış mərasimi olmuşdur. Nəfis, yüksək poliqrafik icrada nəşr olunmuş bu albom həmin tədbirə həsr edilmişdir.
Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqinin tam mətni verilmişdir. Həmçinin Mərkəzin müdiri Nizami Cəfərovun,Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalayın, Atatürk Yüksək Qurumunun başqanı professor Sadıq Turalın çıxışları öz əksini tapmışdır. Alboma Mərkəz haqda vacib informatik materiallar daxil edilmişdir. Mətnləri çoxlu sayda rəngli foto-şəkil müşayiət edir.
Geniş oxucu kütləsi üçündür.

  

Azərbaycanda Atatürk Mərkəzi (buklet)

Bakı, 2004
Buklet Mərkəzin bələdçi – məlumat – reklam nəşridir. Buraya xeyli rəngli şəkil, Mərkəzin yaranması barədə Prezidentin səransamı, “Əsasnamə” dən böyük bir hissə, Mərkəzin nəşrləri barədə qısa infomasiyalar, Heydər Əliyevin Atatürk haqqında fikirlərindən seçmələr, qonaqlarımızın ürək sözləri daxil edilmişdir.
Buklet Azərbaycanda Atatürk Mərkəzinin təbligi və onunla tanışlıq məqsədi ilə buraxılmışdır.

      


Bülleten – Azərbaycanda Atatürk Mərkəzinin rüblük nəşrləri

Bakı, AzAtaM
2002-2004-ci illər

     
     
     
     
     


Nizami Cəfərov – Ədəbiyyatdan siyasətə

Bakı, AzAtaM, 2003
Bu kitabda professor Nizami Cəfərovun Azərbaycanın içtimai – siyasi və mədəni həyatına həsr etdiyi elmi – publistik məqalələri daxil edilmişdir.

  
  
  
  
  
  
  


Nazir Əhmədli – Həyat filosofu

Bakı, AzAtaM, 2002
Bu kitabın da görkəmli alim, fəlsəfə elmləri doktoru, professor Həmid İmanovun keçdiyi mənalı ömür yolundan bəhs edilir.

 
 
 

 


Azərbaycan – Türkiyə münasibətləri (1920-1922) Sənədlər və materiallar.
Tərtibçiləri: Jalə Qurbanova və Musa Piriyev

Bakı, AzAtaM, 2002
Bu toplu 1920-1922-ci illərdə Azərbaycan ilə Türkiyə arasında mövcud olmuş diplomatik münasibətlər dövrünün sənədlərindən ibarətdir. Topluya daxil edilmiş sənədlər ilk dəfə nəşr olunur.

 
 
 

Pages: 1 2 3 4 5 6 7 8 9