Nəşrlər

Spread the love


Abdulhamit Avşar – Azərbaycan Yazıları

Qismət, Bakı, 2006
Təqdim edilən kitab, ən əvvəl Azərbayjan və Türkiyə olmaqla Türk dünyasını maraqlandıran və müxtəlif mövzulara həsr edilən məqalələrdən yaranan bir əsərdir. Azərbaycanın müxtəlif jurnal və qəzetlərində çap olunmuş bu məqalələrdə, Türk dünyasının müxtəlif məsələləri, beynəlxalq münasibətləri və bunların Türk dünyasının ən böyük və vacib şəhərlərindən biri olan Bakıdan necə göründüyü ortaya qoyulmuşdur. 

 

 


Tofiq Hacıyev (Biblioqrafik məlumat kitabı). Tərtibçi Pərvin Quliyeva.

«Adiloğlu» nəşriyyatı, B., 2006.
Biblioqrafik məlumat kitabında BDU-nun türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Tofiq Hacıyevin kitabları, elmi-publisistik məqalələri, elmi-pedaqoji fəaliyyəti haqqında materiallar toplanmışdır. Buraya həmçinin görkəmli türkoloqun özü və əsərləri haqqında yazılar daxil edilmişdir.
Məlumat kitabı türkoloqlar, ali məktəb müəllim və tələbələri üçün nəzərdə tutulub. 

 

  

General Veysəl Ünüvar – Naxçvan: Təlatüm və burulğanlar (1920-1921)

“Əcəmi” nəşriyyatı, Naxçıvan -2006
General Veysəl Ünüvarın Azərbaycan dilinə uyğunlaşdırılmış bu kitabı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 125 illiyinə həsr olunmuşdur. Topluda müəllifin xatirələri verilmişdir.Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik İsmayıl Hacıyev, dilimizə uyğunlaşdıranı və ön sözün müəllifi filologiya elmləri doktoru Əbülfəz Quliyevdir. 

 

      


Heydər Əliyev Atatürk haqqında. (İngilis dilində). 

Bakı, AzAtaM, 2004
Bu kitab Mərkəzin 2003 – cü ildə nəfis tərtibatla nəşr etdirdiyi eyniadlı hədiyyə kitabının (tərtibçi Səfalı Nəzərli) Mərkəzin elmi əməkdaşı İlahə Abdullayevanın tərcüməsində ingilis dilindəki variantıdır. Həmin əsər Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə hər iki dildə Mərkəzin internet saytında yerləşdirilmişdir. 

 

     
     


Türk mənşəli şəxs adları sozlüyü
(tərtib edəni: Elmira Həmzəyeva, elmi redaktoru: professor Nizami Cəfərov)

Bakı, AzAtaM, 2004
Azərbaycan xalqının əsrlər boyu müxtəlif xalqlarla intensiv mədəni-siyasi əlaqələr şəraitində yaşaması onun dilinin lüğət tərkibinə, xüsusi ilə şəxs adlarını güclü təsir göstərmişdir.Dilin lüğət tərkibi tədricən dəyişib inkşaf etdiyi kimi şəxs adlarımızda milli köklər üzərində inkşaf etmişdir.Həcimcə çox yığcam olan bu şəxs adları sözlüyündə xalqımızın tarixinin müəyyən səhvələri qorunur.Sözlüyə 1500-ə qədər şəxs adı salınmışdır.

  


Rahid S.Ulusel.

Heydər Əliyev və Azərbaycan, Atatürk və türk dünyası Nizami Cəfərovun elmi araşdırmalarında.

Bakı, “Elm”, 2004
Kitabda təməli Atatürk və Hedər Əliyev tərəfindən qoyulan dünya türk milli dövlətlərinin vahid siyasət və mədəniyyət strategiyasının mahiyyəti aydınlaşdırılır.Professor Nizami Cəfərovun həmin istiqamətdə Azərbaycan dövlətinin humanitar siyasət konsepsiyasının mükəmməl elmi-nəzəri əsaslarda hazırlanmasındakı faliyyəti dəyərləndirilir.

Görkəmli alimin Heydər Əliyevin və Azərbaycan ,Atatürk və türk dünyası haqqında düşüncələri təhlil edilir.Bu nəticəyə gəlinirki , Nizami Gəfərovun təhqiqatları- dünya kulturalogiya və türkalogiya elminin səviyyəsində ümumtürk mədəniyyətinə , onun klassikasına sistemli baxışın nümunəsidir.

 


Nizami Cəfərov, Dəyanət Osmanlı.
Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə.

Bakı, Çaşoğlu ,2004
Əməkdar elm xadimi, Azərbaycan MEA – nın müxbir üzvü N. Cəfərov və şair – publisist, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Dəyanət Osmanlılının yazmış olduqları bu kitabda Türk dünyasının görkəmli dövlət və siyasət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portretinin xarakterik cizgiləri verilmişdir.

 

Pages: 1 2 3 4 5 6 7 8 9