Nəşrlər

Spread the love


Həsən Əziz oğlu Həsənov – Türklüyümüz

Bakı, AzAtaM, 2007. – 224 səh.
Görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Əzizoğlunun bu əsəri türk superetnosunun tarixinə, mədəniyyətinə, mifik dünyagörüşünə və siyasi perspektivlərinə qloballaşan dünya kontekstində yanaşmanın ən yaxşı nümunələrindən biridir. Bu yanaşma, zəngin faktlar və oricinal təhlil üsulu əsəri daha maraqlı və oxunaqlı edir. Ona görə də «Türklüyümüz»dən yalnız mütəxəssislər, ziyalılar deyil, həmçinin öz milli kimliyini dərketmə yolunu tutmuş gənclərimiz də bəhrələnə bilər. Kitabın ön söz müəllifi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, redaktoru Səfalı

 


Nizami Cəfərov – Seçilmiş əsərləri (beş cilddə)

Bakı, «Elm» – 2007. – s.
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun «Seçilmiş əsərləri»nin birinci cildində müəllifin Azərbaycan dili tarixinə həsr olunmuş əsərləri daxil edilmişdir. Nəşrin elmi redaktoru Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, professor T.İ.Hacıyevdir. 

 

  


Oqtay Cəlilbəyli – Yapon dilində fellərin leksik-qrammatik kateqoriyalarının bəzi xüsusiyyətləri

Bakı, AzAtaM-2007.
Monoqrafiyada yapon dilində fellərin növ, forma və zaman kateqoriyalarının bəzi xüsusiyyətləri araşdırılmış, yaponca-Azərbaycanca çoxişlənən fellərin lüğəti verilmişdir. Kitab mütəxəssislər, aspirantlar və ali məktəblərin yapon dili ixtisasının tələbələri üçün nəzərdə tutulmuşdur. 

 

 

      


Qılman İlkin – Türk yazıçıları Bakıda

Bakı, AzAtaM-2007
Xalq yazıçısı Qılman İlkinin bu kitabında böyük türk şairi Nazim Hikmətin və yazıçı Əziz Nesinin Azərbaycana səfərlərindən xatirələr qələmə alınmışdır. Nəşrin redaktoru Dəyanət Osmanlıdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

     
     


Abdulhamit Avşar – Aydınların gözüyle Azerbaycan. Ziyalılarla Kültür Gezileri

Bakı, AzAtaM-2007.
TRT televiziyasının Bakı təmisilçisi Abdulhamit avşarın bu kitabında TRT-nin «Ziyalılarla Kültür Gezileri» proqramında yayımlanmış Azərbaycanın görkəmli ziyalıları, elm və mədəniyyət xadimləri ilə ekran söhbətləri toplanmışdır. Nəşrin redaktoru AMEA-nın müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərovdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

  


Abbasov A.N. (Nurağaoğlu) – Atatürk pyesi

Bakı, Mütərcim, AzAtaM-2007.
Pyesdə böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və komandan, uzaqgörən siyasətçi, türk dünyasının sevimlisi və fəxri, Türkiyə Respublikasının yaradıcısı və ilk prezidenti Mustafa Kamal Atatürkün milli-azadlıq mübarizəsi, müstəqil, azad və suveren Türkiyə uğrunda xarici və daxili düşmənlərə qarşı yorulmadan və uğurlu çarpışması parlaq boyalarla təsvir və tərənnüm edilmişdir. Milli ordu quruculuğu məsələləri, İnönü döyüşləri, Sakarya Meydan mübarizəsi, Böyük Türk hücumu (yaxud Baş komandanın Meydan mübarizəsi), İzmirin yunanlardan azad olunması işıqlandırıliışdır.

Böyük Atatürkün silahdaşları İsmət paşa, Rüfət paşa, Fevzi Çakmak paşa, Dərviş paşa, baş yavəri Salih Bozaq və başqalarının, Azərbaycandan olan könüllülər Fərhad, Azər və Baycanın obrazları verilmiş, Levon və Səpkis kimi xəyanətkar ermənilərin surətləri yaradılmışdır. Pyesdə yunan generalları Trokopis və Diyenisin əsir düşmə səhnələri ilə də tanış olmaq mümkündür. Nəşrin redaktoru Azərbaycanda Atatürk Mərkəzinin müdir müavini Osman Musayevdir. Kitab yeniyetmə və gənclər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 


Ülviyyə Qasımlı – Azərbaycan dilinin Şimal və Cənub təzahürləri
(sosiolinqvistik təhlil təcrübəsi)

Bakı, AzAtaM-2007.
Əsər Azərbaycan dilinin Şimal və Cənub təzahürlərinin tədqiqinə həsr olunmuşdur. Müəllif hər iki təzahür formasını konkret linqvistik və ekstralinqvistik faktlar əsasında müqayisə etmiş, dil quruculuğu baxımından zəruri təkliflər vermişdir. Nəşrin elmi redaktoru Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Nizami Cəfərov, rəyçilər əməkdar elm xadimi, professor Nizami Xudiyev və filologiya elmləri namizədi Pərvin Məmmədovadır.

 

Pages: 1 2 3 4 5 6 7 8 9