Nəşrlər

Spread the love


Tofiq İsmayılov – Türk xalqlarının kino sənəti

Bakı, Çaşoğlu, AzAtaM -2008.
Görkəmli kinorecissor Tofiq İsmayılovun bu monoqrafiyasında ilk dəfə beş türk respublikasının – Azərbaycanın, Türkmənistanın, qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın kino sənətinin təşəkkülü və təkamül mərhələləri nəzərdən keçirilir. XX əsrdə, totalitar sovet recimində türk birliyi ideyasının qorunmasında kino sənətinin rolu müəyyənləşdirilir. Kitab türksevərlər, kinoşünaslar, recissor, və kinoşünas tələbələr üçün nəzərdə tutulub. Nəşrin ön söz müəllifi prof. dr. Nizami Cəfərovdur.

   


Heydər Əliyev Deyilən söz yadigardır

Bakı, AzAtaM, «MBM» 2008.
Azərbaycanda Atatürk Mərkəzinin nəşri olan bu kitabda Azərbaycan Respublikasının ümummıllı lıderi Heydər Əliyevın deyimləri toplanmışdır. Nəşrin redaktoru Azərbaycan MEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, tərtibçilər Elxan Zal Qaraxanlı, Səlim Babullaoğludur. 

 

  


Osman Musayev, Dəyanət Osmanlı, Altay Cəfərov – Atatürk Mərkəzi (soraq-məlumat kitabı)

Bakı, AzAtaM, Çaşoğlu,2008.
Kitabda Azərbaycanda Atatürk Mərkəzinin yaradılması, inzibati binasının açılış mərasimi, fəaliyyəti, strukturu və nəşrləri barədə ətraflı məlumatlar verilmişdir. Nəşrin elmi redaktoru prof.dr. Nizami Cəfərovdur. 

 

      
      


Arif Əliyev – Şumer dastanları

Bakı,AzAtaM, 2008.
Şumerşünas müəllifin bu kitabında bir sıra görkəmli mütəxəssislərin Xett (Boğaz göy), Xurrit və Nineviya mənbələrindəntapıb oxuya bildikləri lövhələr, damğalar, freska və fraqmentlərdən istifadə olunmuşdur. Bu tədqiqatların nəticəsi kimi, dünyada anoloqu olmayan şumerin 6 dastanının məzmunu bərpa edilərək «Şumer dastanları adı ilə ilk dəfə nəşr olunmuşdur. Nəşrin elmi məsləhətçisi Azərbaycan MEA-nın müxbir üzvü, prof.dr. Nizami Cəfərov, redaktorları Osman Musayev və Dəyanət Osmanlıdır.

 


Abdulhamid Avşar – Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri

Bakı, AzAtaM -2007
Türkiyənin TRT televiziyasının Bakı təmsilçisi Abdulhamid Avşarın bu əsərində Birinci dünya müharibəsi dönəmində və istiqlal savaşında Azərbayjan-Türkiyə arasıdakı siyasi, iqtisadi, hərbi əlaqələr araşdırılıb. Tədqiqatçı bu əsərində arxiv sənədlərinə və o zamankı türk yazılı mətbutına istinad etmişdir. 

 

    


Prof. dr. Georgi Hazai – Biblioqrafiya

Bakı, AzAtaM -2007
Kitabda görkəmli macar alimi, türkoloq prof. dr Georgi Hazainin əsərlərinin biblioqrafiq göstəriciləri əksini tapmışdır. Oxucular burada alimin zəngin yaradıjılığı ilə tanış ola bilərlər. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, prof. dr. Nizami Cəfərov kitaba ön söz yazmışdır. 

 

         


Firudin Əhmədov – Elektron imkanlar: Azərbaycan dili və Türk dillərinin inteqrasiya problemlərinə konseptual yanaşma

Bakı, AzataM-2007
Tədqiqatda hazırkı dövrdə Azərbaycan dilinin tətbiqinə aid bəzi problemlərə toxunulur və elektron məkanda Azərbaycan dili ilə bağlı mövcud vəziy­yət qısaca şərh edilir.

         
         
         

Pages: 1 2 3 4 5 6 7 8 9