Nəşrlər

Spread the love


Enes Cansevər
Zamana sığmayan yazılar
AzAtaM, Bakı-2009.

Kitabda Zaman-Azərbaycan qəzetinin baş redaktoru Enes Cansevərin Türkiyə-Azərbaycan qardaşlığının müxtəlif məqamlarından bəhs edən məqalələri toplanmışdır. Nəşrin ön söz müəllifi professor Nizami Cəfərof, redaktoru Əli Çərkəzoğludur.

   

Rahid S. Ulusel
Nizami Cəfərov. Həyat və düşüncə ritmləri
Çaşıoğlu, Bakı -2009.

Kitab Azərbaycanın görkəmli elm, mədəniyyət və siyasət xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərovun 50 idlliyinə həsr olunmuşdur. Nəşrdə alşimin həyat və fəaliyyətinin əsas məqamlarından bəhs edilmiş, dünya kulturologiya və türkologiya elminə töhfələri üzərində araşdırmalar aparılmışdır. Kitabın elmi redaktoru akademik Fuad Qasımzadə, redaktorları Osman Musayev və Dəyanət Osmanlıdır.

  

Azərbaycanda Atatürk Mərkəzi «Bülleten» №4 (28), 2008. Bakı, AzAtaM, 2008.

Azərbaycanda Atatürk Mərkəzinin rüblük Bülleteninin 2008-ci il üçün 4-cü sayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi görüşləri, türk dünyasının görkəmli şəxsiyyətləri ilə müsahibələr, portret yazılar, xəbərlər, araşdırma materiallrı və yeni nəşrlər barədə məlumatlar verilmişdir.

      
      


Salatın Əhmədova – Heydər Əliyevin dil siyasəti

Bakı – 2008, AzAtaM
“MBM” nəşriyyatında yazıçı-publisist, tədqiqatçı alim Salatın Əhmədovanın “Heydər Əliyevin dil siyasəti” kitabı çapdan çıxmışdır. Müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə xüsusi qayğı göstərdiyini, Sovet hakimiyyəti dövründə də dilimizin dövlət dili kimi tanınmasına nail olduğunu konkret faktlar əsasında oxucuya çatdıra bildirmişdir.

Kitab “Azərbaycanda dövlət dili siyasətinin formalaşması tarixindən”, “Heydər Əliyev müstəqil Azərbaycan dövləti dil siyasətinin əsaslarının yaradıcısı kimi” və “Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi” adlanan 3 fəsildən ibarətdir. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovdur. Kitaba əməkdar elm xadimi, professor Nizami Xudiyev rəy vermişdir.

 


Prof. Dr. Mixay Hoppal Biblioqrafiya

Bakı – 2008, AzAtaM
Azərbaycanda Atatürk Mərkəzi Prof. Dr. M. Hoppalın biblioqrafiyasını nəşr etməklə görkəmli etnoloqun yaradıcılığı, əsərləri ilə Azərbaycan, ümumən türk dünyası mütəxəssislərini tanış etmək məqsədini izləmiş, elmi inteqrasiyanın genişlənməsini istəmişdir. Nəşrin elmi redaktoru Prof. Dr. Nizami Cəfərov, «Mixay Hoppal. Onun əsərlərinin biblioqrafiyası » (Budapeşt, 2007) əsasında çapa hazırlayanı Dəyanət Osmanıdır.

    

 


Azərbaycanda Atatürk Mərkəzi «Bülleten» №3 (27), 2008

Bakı, AzAtaM, 2008.
Azərbaycanda Atatürk Mərkəzinin rüblük bülleteninin 2008-ci il üçün 3-jü sayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi görüşləri, türk dünyasının görkəmli şəxsiyyətləri ilə müsahibələr, portret yazılar, xəbərlər, araşdırma materiallrı və yeni nəşrlər barədə məlumatlar verilmişdir.

         

 


Əbülfəz Quliyev, Akif Axundov – Qazi Mustafa Kamalın dostu

Bakı, AzAtaM -2008.
Kitabda Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olmuş İbrahim Əbilovla dostluq münasibətlərindən bəhs edilir.

         
         
         

Pages: 1 2 3 4 5 6 7 8 9