Mərkəzin müdiri

 

Azərbaycanda Atatürk Mərkəzinin müdiri

Nizami Qulu oğlu Cəfərov

Nizami Cəfərov (Nizami Qulu oğlu Cəfərov; d. 21 sentyabr, 1959) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri (2001—2015)

Həyatı

Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.

Yaradıcılığı

Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilmişdir.

Rus, ingilis və fars dillərini bilir.

Əsas Kitabları

  • Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991.
  • Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995.
  • “Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr, 1996. 
  • “Koroğlu”nun poetikası. Bakı, 1997.
  • Türk dünyası: xaos və kosmos. Bakı, 1998.
  • Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999. 
  •  Genezisdən tipologiyaya. Bakı, 1999.
  • Azərbaycan mədəniyyəti məsələləri. Bakı, 2000.
  • Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001.
  • Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
  • Azərbaycanşünaslığa giriş. Bakı, 2002. 
  • Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir. Bakı, 2002. (D. Osmanlının müsahibələri).
  • Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə Bakı, 2004. (D.Osmanlı ilə birlikdə).
  • İlham Əliyev (poirtret cizgiləri), Bakı, 2004. (D.Osmanlı ilə birlikdə).
  • Klassiklərdən müasirlərə. Bakı, 2004.
  • Anar. Bakı, 2004. 
  • Qədim türk ədəbiyyatı. Bakı, 2004.
  • “Professor Sadıq Tural”. Bakı, 2006. (Nazir Əhmədli ilə birlikdə).
  • Türk xalqları ədəbiyyatı, 4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild (Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007.
  • Seçilmiş əsərləri 5 cilddə. Bakı, 2007.
  • Tarixin müasirliyi və müasirliyin tarixi. Bakı, 2011. 
  • Türk Dünyasının yeni lideri (Prezident İlham Əliyevin portreti) Bakı, 2006. (D.Osmanlı, O.Musayevlə birlikdə)
  • Türkün dünyasından türk dünyasına. Bakı, 2016. 106 s.
  • Afaq Məsud dünyası. Bakı: Elm və təhsil, 2016. 179 s.
  • Keçən günlərin dastanı. Bakı, Xan, 2016. 210 s.
  • Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına. Bakı: Elm və təhsil, 2016. 347 s.
  • Etnoloji etüdlər. Bakı: Elm və təhsil, 2016. 107 s.
  • Azərbaycan xalqının tarixi , yaxud tərcümeyi-halı (Gürcü dilində), Tbilisi, 2016.
  • Möhsün Nağısoylu. Bakı: Elm və təhsil, 2016. 55 s
  • Türkologiyaya giriş. Bakı: Elm və təhsil, 2016. 247 s.
  • Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları. Bakı: AzAtaM, [Elm və təhsil], 2016. 214 s.
  • Elçin. Yazıçının yaradıcılıq yolu. Bakı: Zərdabi LTD, 2017
  • Əlşab əl Azərbaycan möcüz əlseyrət va əlmesirət. Bakı: Aspoliqraf, 2017. 67 s.
  • Türkologiyaya giriş. Bakı, 2017.
  • Türkologiyanın müasir problemləri. Bakı: Elm və təhsil, 2017. 203 s.
  • Səməd Mənsurun poeziyası. Bakı: Elm və təhsil, 2017. 79 s.
  • Molla Pənah Vaqif. Bakı: Renessans-A, 2017. 238 s.
  • Ədəbiyyat söhbətləri. Bakı, 2018.
  • Türkologiya. Bakı, 2018.
  • Dolan, kəfkirim, dolan… Bakı: Elm və təhsil, 2018. 190 s.
  • Mir Cəlalın milli idealları. Bakı: [n. y.], 2018. 111 s.

Əmək fəaliyyəti:

2001-ci ildən indiyədək Azərbaycanda Atatürk Mərkəzinin müdiri
1994-2001- Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı
1991-1994- Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllim, professor
1987-1991- Azərbaycanın bir sıra mətbuat orqanlarında baş redaktor, redaktor, şöbə müdiri
1985-1987- Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi

Üzvü olduğu elmi təşkilatlar:

2001- Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü 

2017- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü üzvü 

Üzvü olduğu ictimai təşkilatlar:

2004- Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü
1997- Azərbaycan Yazıçılar Birliyi Məclisinin üzvü
1993- Azərbaycan Yazıçılar Birliyinin üzvü