Türkiyənin Baş nazirinin Azərbaycana işgüzar səfəri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşüb. Sentyabrın 11-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

Həmin gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və perspektivləri barədə fikir mübadiləsi aparıldı.