Prezident İlham Əliyev Türkiyənin yeni səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyənin yeni səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunun etimadnaməsini qəbul etmişdir.

Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclası

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci - A iclası
Sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir.

Türkiyənin Baş nazirinin Azərbaycana işgüzar səfəri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşüb. Sentyabrın 11-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanda

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi.

Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycanda

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə  nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nazir Faruk Çelik Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.