Salatın Əhmədova - Heydər Əliyevin dil siyasəti

60

Salatın Əhmədova - Heydər Əliyevin dil siyasəti

Bakı – 2008, AzAtaM
"MBM" nəşriyyatında yazıçı-publisist, tədqiqatçı alim Salatın Əhmədovanın "Heydər Əliyevin dil siyasəti" kitabı çapdan çıxmışdır. Müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə xüsusi qayğı göstərdiyini, Sovet hakimiyyəti dövründə də dilimizin dövlət dili kimi tanınmasına nail olduğunu konkret faktlar əsasında oxucuya çatdıra bildirmişdir.

Kitab "Azərbaycanda dövlət dili siyasətinin formalaşması tarixindən", "Heydər Əliyev müstəqil Azərbaycan dövləti dil siyasətinin əsaslarının yaradıcısı kimi" və "Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi" adlanan 3 fəsildən ibarətdir. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovdur. Kitaba əməkdar elm xadimi, professor Nizami Xudiyev rəy vermişdir.