Beynəlxalq əlaqələr şöbəsi, elmi əməkdaş - Rahid Xəlilov

rahid-xelilov

Rahid (Ulusel) Süleyman oğlu Xəlilov

13.08.1954-cü ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuşdur. Ali təhsilli, filologiya elmləri namizədidir.

Təhsili:
1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin elmi əməkdaşı.
1994-2002-ci illər - Masallı rayon İcra Hakimiyyəti orqanı "Yeni qəzetin" baş redaktoru.
1992-1993-cü illər - Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, humanitar məsələlər şöbəsinin müdiri.
1975-1992-ci illər - Masallı rayonunun Güllütəpə, Çaxırlı kənd orta məktəblərində
Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Çap olunmuş əsərləri:
Mədəniyyət və Texnosivilizasiya, Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2003.
Mədəniyyətlərin İpək Yolu. Azərbaycandan dünya məkanına, Bakı, "Təhsil" nəşriyyatı, 2003.
Ulutürklük. Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya, Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002.
Rəsul Rza poeziyası, Bakı, Yazıçı, 1987.
Müasir Azərbaycan fəlsəfi lirikası, Bakı, Elm, 1985.
Ədəbi tənqid (müştərək), Bakı, Yazıçı, 1984.