Beynəlxalq əlaqələr şöbə müdiri - Nazir Əhmədli

nazir-ehmedli

Nazir Surxay oğlu Əhmədli - 27.01.1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində anadan olub. Kimya elmləri namizədidir.

Təhsili:
1987-1990-cı illərdə AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun əyani aspiranturasında oxumuşdur.
1979-1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci ilin yanvarından bu günədək AzAtaM-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.
1998-2000-ci illərdə "Xəbər" qəzetinin baş redaktoru.
1996-1998-ci illərdə "Millət" qəzetinin baş redaktoru.
1992-1998-ci illərdə "Millət" qəzetində şöbə müdiri və baş redaktor müavini
1987-2001-illərdə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi və elmi işçi
1984-1987-ci illərdə Gabud kənd səkkizillik məktəbində müəllim.

Çap olunmuş əsərləri:
"Milli Məclisdən etüdlər". Bakı, Gənclik, 1996;
"Biz sözü seçdik". Bakı, Gənclik, 1997;
"Mustafa Kamal Atatürk", Bakı, AzAtaM, 2002.
"Həyat filosofu", Bakı, AzAtaM, 2003.
"Etnik dinlər və dünya dinləri", Bakı, Elm, 2003.