Beynəlxalq fəaliyyət konturları

Azərbaycan dövləti olaraq, beynəlxalq əlaqələrimizdə Türk dünyası faktoruna da böyük önəm verilir. Türk dünyası və Türkiyənin timsalında münasibətlərimiz xalqlarımızın tarixi, etimoloji, mədəni-mənəvi birliyindən rişələnir və yeni çağda ümummilli lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» — milli-ideoloji məzmunu böyük olan tarixi kəlamı anlamını və formasını almışdır.

Prezident İlham Əliyev tarixi bağlılığı möhkəm olan xalqlarımızın çağdaş əlaqələrinə milli aspektdən, Heydər Əliyev kursuna sədaqət nümayiş etdirməklə, türk dünyasına diqqətin milli, ideoloji konturlarını müəyyənləşdirmişdir: «Biz ümumi kökləri olan bir xalqıq, bir dilimiz, bir dinimiz var. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həmişə dostluq və qardaşlıq kimi səciyyələndirilmişdir. Əsrlər boyu bizi ayırmaq is-təsələr də, bu cəhdlər nəticə verməmişdir. İndi də heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil. Azərbaycanın dost və qardaş münasibətinə daha böyük ehtiyacı var».

Bu yanaşma bir qədər geniş, həm də konkret anlamda Prezident İlham Əliyevin Türkiyə ilə birlikdə türk dünyasına, türk xalqlarına, ümumi etnik-mədəni dəyərlərimizə doğma münasibətidir. Və dövlətimizin başçısının bu kimi baxışları Atatürk Mərkəzinin beynəlxalq fəaliyyətinin ideya istiqamətində mühüm şərt ola-raq götürülür. Fəaliyyət göstərdiyi müddət ərzində Atatürk Mərkəzi Azərbaycanın, Türkiyənin, Türk dünyasının əsas Atatürk mərkəzləri, elmi, mədəni qurumlarla səmərəli əməkdaşlıq qurmuş və hazırda özünün beynəlxalq əlaqələrinin miqyasını daha da genişləndirməyə çalışmışdır. Ötən 6 il ərzində prof. dr. Nizami Cəfərovun təmsilçiliyi ilə mərkəzin beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını xüsusilə əhəmiyyət daşıyan məsə-lələr sırasında qeyd etmək lazımdır:

  • Istanbul şəhərinə Türk dövlət və topluluqları Dostluq və işbirliyinin qurultayı — «Azərbaycanşünaslığın metodoloji problemləri» mövzusunda məruzə (2002).
  • Türkiyənin Istanbul və Ankara şəhərlərində olmuş. Türkiyə Böyük Millət Məclisində, Türkiyənin Nazirlər Kabinetində, Istanbul şəhər bələdiyyəsində, Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunda görüşlər və müzakirələr (2002).
  • Quzey Kıbrıs Türk Cumihuriyətinin müstəqilliyi ilə əlaqədar Lefkoşa şəhərində dövlət şənlikləri və Osmanlı dövlətinin 721 illiyi münasibəti ilə əlaqədar Biləcik şə-hərində bayram tədbirləri (2002).
  • Azərbaycan Xalq Cümhuriyyətinin 85 və ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar Tür-kiyənin Izmir şəhərində keçirilən tədbirləri, Türkiyənin Adana şəhərində «Türkiyə-Azərbaycan qardaşlığı» konfrası (2003).
  • Türkiyənin Ankara şəhərində ezamiyyətdə olmuş-dur. Atatürkün anım günü və Antalya şəhərində mədə-niyyət tədbirləri (2004).
  • Türkiyədə qondarma «erməni soyqırmı»məsələsinə həsr olunmuş tədbir, Istanbulda keçirilən Atatürk qu-rumlarının ümumi toplantısı (2005).
  • Şimali Kipr Türk Cumhiriyyətinə səfər, Lefkoşda Azərbaycan nümayəndəliyinin açılışı (2005).
  • Türkiyənin Qazi Universitetində «1915-ci il erməni məsələsi» mövzusunda elmi simpozium (2005).
  • Istanbulun Boğaziçi Universitesində Heydər Əliye-vin anım günü münasibətilə elmi tədbir (Prezidentin Icra Aparatının şöbə müdiri Əli Həsənovla. 2005).
  • Türkiyənin Antaliya şəhərində «Dialoq Avrasiya» təşkilatının 7-ci ümumi iclası (2006).
  • Türkiyəyə işgüzar səfər (2006).
  • Qırğız Respublikasının paytaxtı Bişkekdə Şimali Kipr Respublikasının problemlərinə həsr olunmuş tədbir (2006).
  • Ukraynanın Kiyev şəhərində Dialoq Avrasiya Platformasının «Xalqların bir-birinə yaxınlaşmasında təhsilin və medianın rolu» mövzusunda toplantı (2007).
  • Türkiyənin Ankara şəhərində «İCANAS -38» Beynəlxalq Asiya və Şimali Afrika Araşdırmaları konqresi (2007).
  • Qırğızıstanın Bişkek şəhərində «I Uluslararası Böyük Türk Dili Qurultayı» (İhsan Doğramacının şərəfinə). «Genel olaraq Türkiyə türkcəsi» mövzusunda məruzə (2007).

Bu kimi tədbirlərdə prof. dr. Nizami Cəfərov mərkəzi layiqincə təmsil etmiş, nəticə olaraq bir sıra beynəlxalq səviyyəli qurumlarla ikitərəfli əməkdaşlıq və elmi tədqiqat işlərinin mübadiləsində anlaşma əldə olunmuşdur.

Bu gün, elə sonrakı dövrlər üçün də Atatürk Mərkəzinin perspektivə nəzərdə tutduğu, dəqiqliklə əməl etdiyi digər doğal prioritet istiqamət də aydın və birmənaladır - Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında qarşılıqlı əlaqələrin yaradılması və zənginləşməsi sahəsində xidmətlərini işıqlandırmaq, bu sahədə digər türk respublikalarında aparılan işləri araşdırmaq.

Cəmiyyətə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti ilə xalqının yüksəlişi, türk dünyasının birliyi, qardaşlığı yolunda ali məqsədlərə xidmət edir. Və türk dünyasının müasir liderlərindən biri olmaq şərəfini qazanmış şəxsiyyətlərdəndir. Bu mənada, Nizami Cəfərovun Atatürk Mərkəzində həyata keçirdiyi siyasət və bu siyasi düşüncədən irəli gələn əsas prinsip belədir - mərkəz Azərbaycan dövlətinin siyasətini, müstəqillik uğrunda mübarizəsini, Heydər Əliyevin yaratdığı ənənələri təbliğ etməli, Azərbaycanın türk dünyasında nüfuzunun yüksəldilməsi işində öz köməyini göstərməlidir, və şübhəsiz göstərir də.