Dil, ədəbiyyat və mədəniyyət şöbəsi

Şöbənin fəaliyyət istiqamətləri:

– Türkiyə Respublikası və türksoylu xalqların dil, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi və təbliğ olunması;
– Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatların aparılması.


Şöbə müdiri
Pərvin Quliyeva

Pərvin İsmayıl qızı Quliyeva

27.03.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
1989-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
Şərqşünaslıq fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci il yanvar ayından AzAtaM-ın dil, ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri
2002-ci il dekabr ayı- Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı
1995-1996 “Ferko” türk inşaat- sənaye şirkətində referent

Çap olunmuş əsərləri:
“Atatürkün dil siyasəti”, Bakı, AzAtaM, 2003;
“Azərbaycan türkologiyası. 1920-1938” Biblioqrafiya (kollektiv), Bakı, AzAtaM, 2002.

Dil, ədəbiyyat və mədəniyyət şöbəsi, elmi əməkdaş
Afət Paşa qızı Mamayeva

02.01.1974-cü ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
2003-cü il Qafqaz Universiteti Türk dili və ədəbiyyatı fakültəsi (Magistratura),
1993-1999-cu illər Samsunda 19 Mayıs Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi (Bakalavr)
1992-1993-cü illər TÖMER (Türkcə öyrətim mərkəzi)

Əmək fəaliyyəti:
2002-ci ilin aprelindən Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı,
1999-2001-ci illər Samsun şəhərində Çarşamba mərkəz ilk öyrətim orta məktəbində müəllim

Dil, ədəbiyyat və mədəniyyət şöbəsi, elmi əməkdaş
Kəmalə Həmidsultan qızı Məmmədova

10.09.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir.

Təhsili:
1996-2001-ci illər illər Bakı Dövlət Universitetinin filologiya fakültəsi
1994-1996-cı illər Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi

Əmək fəaliyyəti:
2004-cü ilin aprelindən Mərkəzin dil, ədəbiyyat və mədəniyyət şöbəsinin elmi əməkdaşı