Beynəlxalq əlaqələr şöbəsi

Spread the love

Şöbənin fəaliyyət istiqamətləri:

– Atatürkün, Türkiyənin və türksoylu xalqların tarixində ki, və Atatürk irsinin öyrənilməsi və təbliğ olunması;
– Türk respublikaları, muxtar res. və topluluqlarında fəaliyyət göstərən anoloji qurumlarla və Mərkəzin qarşılıqlı faydalı əməkdaşlığının qurulması;
– Mərkəz əməkdaşlarının xarici səfərləri, habelə Mərkəzə xarici qonaqların dəvət olunması nın təşkili.


Şöbə müdiri
Nazir Əhmədli

Nazir Surxay oğlu Əhmədli – 27.01.1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində anadan olub. Kimya elmləri namizədidir.

Təhsili:
1987-1990-cı illərdə AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun əyani aspiranturasında oxumuşdur.
1979-1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:
2002-ci ilin yanvarından bu günədək AzAtaM-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.
1998-2000-ci illərdə “Xəbər” qəzetinin baş redaktoru.
1996-1998-ci illərdə “Millət” qəzetinin baş redaktoru.
1992-1998-ci illərdə “Millət” qəzetində şöbə müdiri və baş redaktor müavini
1987-2001-illərdə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi və elmi işçi
1984-1987-ci illərdə Gabud kənd səkkizillik məktəbində müəllim.

Çap olunmuş əsərləri:
“Milli Məclisdən etüdlər”. Bakı, Gənclik, 1996;
“Biz sözü seçdik”. Bakı, Gənclik, 1997;
“Mustafa Kamal Atatürk”, Bakı, AzAtaM, 2002.
“Həyat filosofu”, Bakı, AzAtaM, 2003.
“Etnik dinlər və dünya dinləri”, Bakı, Elm, 2003.

Beynəlxalq əlaqələr şöbəsi, elmi əməkdaş
Rahid Xəlilov
f.e.d. professor

Rahid Süleyman oğlu Xəlilov (müəllif təxəllüsü – Rahid Ulusel) 1954-cü ildə anadan olub 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır.
Rahid Ulusel 1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur. 2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dissertasiya Şurasının üzvü, 2010-cu ildən Biokosmologiya Assosiasiyasının Təşkilat Komitəsinin (Rusiya) üzvü, Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü, 2011-ci ildən Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzvüdür. Dövri mətbuatda esseləri və əsasən, elmi jurnallarda fəlsəfə, estetika, kulturologiya, filologiya problemlərinə dair 200-dən çox məqaləsi, 17 kitab və monoqrafiyası çap olunmuşdur.

Əsas əsərləri

Современная Азербайджанская философская лирика (rusca). Баку: 1985.
Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002.
Küreselleşme Sürecinde ABD-Türkiye-Azerbaycan Ortaklığı ve Buna Rusi-ya’dakı FelsefiPolitoloji Yaklaşım, (türkcə) // 2023 futuroloji dergisi, Ankara, 2003, Dekabr.
Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına. Bakı: Təhsil, 2003
Mədəniyyət və Texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2003.
Qloballaşma və Türk sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005.
Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005.
Философия гармонии в культурах исламского Востока и западного Ренессанса (rusca) // Проблемы восточной философии, 2005-2006, № 1-2
Civilizology as a New Scientific Field (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
Globalization and Turkic Civilization (ingiliscə) // Азербайджан в мире, 2006, № 1
Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır. Bakı: Sabah, 2008.
Paradigmal Rethinking of World Development towards Global Civilization. //
The XXII World Congress of Philosophy. Seoul National University, 2008
Homouniversalism // Third Global Civilization World Congress (Web Conference) (ingiliscə və çincə). http://www.opgc.net/cn/3rd/3rd_World_read2.htm
The Turks in the Civilizational Evolution of Eurasia // Problems of Art and Culture. International Scientific Journal, Baku, 2009, №4 (30).
Esseistika. Bakı: Avropa, 2009.
Müasir Azərbaycan tənqidi. Bakı: Elm, 2009.
Həyat və düşüncə ritmləri. Bakı: Çaşıoğlu, 2009.
Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti. Bakı: Letterpress, 2010
Homouniversalism as an Integral Idea of the Multicivilizational World (ingiliscə) // International Journal of Arts and Sciences (IJAS), 2011, Vol. 4, No.23
Qloballaşma və müasir ədəbiyyatın fəlsəfi-estetik problemləri. Bakı: Qoliaf Qrup,
2012.

Tərcümələri

• Klassika (F.Laroşfuko, B.Paskal, İ.V.Höte, R.U.Emerson, O.Roden, R.Taqor
C.X.Cibran, C.Meriç və A.Platonovun əsərlərindən seçmələr). Bakı: Avropa, 2008.
• Biz və dünya (Dünya klassikasından seçmələr). Bakı: Sabah, 2009.
• Yuri Borev. Estetika. Bakı: Təhsil, 2010.

Beynəlxalq əlaqələr şöbəsi, elmi əməkdaş
İlahə Abdullayeva
filologiya üzrə fəlsəfə doktoru

1976-cı ildə Bakıda doğulmuşdur. Ali təhsillidir.

Təhsili:
-1998-2000-Dövlət Dillər Universiteti magistratura
-1994-1998-Dövlət Dillər Universiteti bakalavr

Əmək fəaliyyəti:
-2002-ci ilin yanvar ayından bu günədək mərkəzin Beynəlxalq əlaqlərə şöbəsinin elmi əməkdaşıdır.

Beynəlxalq əlaqələr şöbəsi, elmi əməkdaş
Şahnaz Kərimova