Livan televiziyasının efirində Türkiyəyə qarşı həqarət edən erməniyə qarşı iddia qaldırılıb

 

Livanda fəaliyyət göstərən “New TV” televiziya kanalının erməni əsilli əməkdaşı Der Haroutiyanın efirdə Türkiyə əleyhinə ifadələr işlətməsi yerli əhalinin kəskin narazılığına səbəb olub.

ATATURK.AZ Anadolu Agentliyinə istinadla xəbər verir ki, Der Haroutiyanın verilişində Osmanlı dövləti, Türkiyə Respublikası, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələrdən hiddətlənən tamaşaçılar televiziyanın Beyrutdakı inzibati binası qarşısında mitinq-yürüş keçiriblər. Etirazlıların izdihamına qoşulan şəhər sakinləri Türkiyəyə dəstək şüarları səsləndiriblər.

Livanlı vəkil Muhammed Ziyad Caafil insidentlə bağlı açıqlamasında bildirib ki, sözügedən verilişdə etikasız ifadələr işlədən Der Haroutiyana qarşı Livanın milli birliyinə qarşı məzhəblərarası fitnə yaratmaq cəhdi ilə iddia qaldırılıb.