Azərbaycan Texniki Universitetinin professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa edib

Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov Türkiyənin “İzmir” telekanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar və düşmənçilik siyasətindən danışıb.

Universitetdən  bildirilib ki, professor Ermənistanda vaxtilə Hitlerə xidmət etmiş Qaregin Njdenin (Ter-Arutyunyan) faşist ideologiyasını dövlət ideologiyası səviyyəsinə qaldırmasını tarixi faktlar və elmi əsaslarla sübut edib.

Əyyub Kərimov, həmçinin İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olduğunu, ermənilərin bu torpaqları hansı vasitələrlə ələ keçirməsini bir daha tamaşaçıların diqqətinə çatdırıb. Videoya “YouTube” kanalından baxmaq olar. Azərtac