Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsulları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 8,364 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsulları ixracı ötən ilin fevral ayı ilə müqayisədə 1,6 dəfə artıb və 8,302 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 348,697 milyon dollara bərabər olub.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

Fevral ayında Türkiyə 181,761 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 15,3 faiz çoxdur.

Son 12 ay ərzində (fevral 2019 – fevral 2020) Türkiyə 2,757 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.