Transportasiya və Məskunlaşmadan öncə Osmanlı Dövləti tərəfindən qədul edilmiş qərar  

 

Osmanlı Dövləti ilə müharibəyə başlamazdan öncə ruslar ehtimal edilən müharibədə hətta ermənilərdən dəstək alacaqlarına inanırdılar. Bu inam “Antanta Qüvvələri” nin qalması üçün də bir səbəb idi. Müharibənin başlanması ilə, xüsusən xaricdə fəaliyyət göstərən erməni təşkilatları Osmanlı Dövlətinə qarşı mübarizədə “Antanta Qüvvələri” nin tərəfində öz yerlərini almaq məqsədilə erməniləri çağır­mışdılar. Bu çağırışlara itaət etməklə qiyamlar boyunca er­mənilər “Antanta Qüvvələri” nin ordularına qoşulmuş və qırğınlar törətmişdilər.

I Dünya Müharibəsinin əvvəllərində ruslar Osmanlı Dövlətində məşkunlaşan erməniləri Qafqazda yaşayan er­mə­­n­i­lər vasitəsilə Türklərə qarşı təhrik etmiş və müstə­qilliklərini verməklə Osmanlılardan aldıqları regionları onlara verə­cək­lərini vəd etmişdilər.

Onlar Türk kəndliləri kimi geyinmiş kişiləri silah, ey­ni zamanda döyüş sursatları gətirmək və bu silahları pay­lamaq üçün Osmanlı ərazisində yerləşən erməni kənd­lərinə və Rusiya generallarından biri, Loris Məlikovun oğlu­nun səyahət etdiyi sərhəd boyu müəyyən yerlərə gön­dərirdilər.

Çar Rusiyası könüllü birləşmələrinin əsasını qoy­maqla kifayətlənmirdi. Buna görə də onlar Anadoludan qovulmuş Qafqazda məkunlaşan erməniləri silahlan­dır­maq­la daha da irəli gedirdilər. Bununla yanaşı ruslar daşnak­sutyun partiyası tərəfindən vəziyyətə maddi dəstək gös­tərirdi. Bu münasibətlə məlumatın maliyyə tərəfi 1915-ci ilin fevral ayında Tibilisidə keçirilmiş erməni milli kon­gresinə göndərildi. Hərbi Nazir, daşnaksutyun partiyasının nümayəndəsi deyirdi:

“Məlum olduğu kimi, Rusiya Hökuməti müharibə müd­­­­­­­­dətində Türk ermənilərini silahlandırmaq,  hazırlamaq  və ölkədə qiyamlara başlamaq məqsədilə müharibənin əv­vəllərində 242.900 rubl verdi. Bizim könüllü birləş­mə­ləri­miz Türkiyədə hərc-mərcliyə səbəb olmaqla və qiyam­çıları düşmən daxilində vuruşanlarla birləşdirərək Türkiyə Ordu­su­nun zincirlərini qırmağa məcbur oldu”.

Başlanğıcda Osmanlı Höküməti öz ərazilərindəki qi­yam­ları regional tədbirlərlə yatırmağı üstün tutdu və mü­dafiə mövqeyində qalmağı seçdi. Üsyanlar ərzində öz si­lah­ları ilə ordudan qovulmuş erməni fərarilərinə və onların di­ni rəhbərlərinin oynadıqları rollara baxmayaraq, hökumət bu üsyanlrı bəzi fərdi cəhdlər kimi qəbul etməyi qərara aldı. Ey­ni zamanda erməni patriarxı bildirdi ki, ermənilər bu cür üs­yanlara səbəbiyyət verdikləri zaman ölkənin müdafiəsini tə­min etmək məq­sə­dilə dərhal sərt tədbirlər görülməli ola­caq. Osmanlı Ordu­sunun Baş Koman­danlıq tərəfindən er­mə­ni patriarxına göndərilən məktub hadisələrlə bağlı vəziy­yətin səmimiliyini əks etdirirdi. Komitə üzvləri olan parla­men­tarilər bildiri­rdilər ki, bu cür vəziyyət xoşagəlməz nəti­cələrə səbəb olacaq. Lakin bunun müqabilində komitələr ilkin hərəkətləri ilə müqayisə edilə bilməyəcək davranış­larda bulundular. İstan­bulda fəaliyyət göstərən komitələr öz əməliyyatlarına davam etməklə “Antanta Qüvvələri” ilə əla­qə yaratdılar. Həsən­qaladan İstanbula göndərilən bir tele­qram bununla bağlı ən mühüm dəlillərdən biri idi. Üçüncü sənəddə təqdim olun­muş tele­qramın mətni patriarxın Baş Komandanlığa region­da baş vermiş bəzi hadisələr haqqın­dakı şikəyət­lərindən bəhs edir­di. Lakin patriarxın regionda yaşayan Türkləri günah­lan­dırması ilə bağlı iddiaları tama­milə əsassız idi. Ermənilər mövcud olan bütün imkanlara baxmayaraq necə hərəkət edəcəklərini müəyyən etmiş ol­salar da onlar mü­haribənin başlanmasını gözləmədilər və qiyamlar törətdilər.

Osmanlı Ordusu cəbhə bölgələrində döyüşdükləri za­man ermənilər öz müstəqilliklərini əldə etmək məqsədilə mü­ttə­fiqlərə qulluq etmək üçün hazırlanmış plana uyğun olaraq hərəkət edirdilər. Buna baxmayaraq, erməni quldur­la­rının cəbhə arxa­sında tərətdikləri amansızlıqlar  beynəl­xalq hüquq çərçivə­sin­də xəyanət kimi nəzərə alınmalı olsa da bu­na məhəl qoyulmadı.  Erməni qiyamları, xüsusilə Şərqi Anadoludan baş­la­dı və başqa əyalətlərə də yayıldı. Rus iş­ğal­çı qüv­vələrinin Ərzuruma yayılması erməniləri hərəkət etmə­yə vadar etdi. Bel­əliklə, alman generalı regionu Müsəl­man­­lardan təmiz­ləmək üçün kompaniyaya başladı.

Ermənilərin zorakı hərəkətləri davam edərkən axtarışlar zamanı onların yaşadıqları regionlarda çoxlu say­da silah və döyüş sursatları aşkar edildi. Çoxlu sayda silah­ların tapılmsı  Müsəlman xalqını təəccübləndirdi və onları qırğınlardan qaçmağa məcbur etdi. Rus işğalına qədər döv­lət qüvvələri bura daxil ola bilmədi. Təsvir edilən şərait bir daha onu göstərirdi ki, bu cür tolerantlıq idarə edilə bilməyəcək nəticələrə gətirib çıxaracaq.

Osmanlı Dövlətinin müharibədəyə girişi, Qafqaz cəb­həsindəki məğlubiyyət, ermənilərin Müsəlmanlar üzərin­dəki təz­yiqi, milli xidmətdən qaçan fərarilər, silah, həm­çinin  sur­sat­ların tutulması və bu kimi digər hadisələr ümummilli cax­naşmanın başlanmasına işarə edirdi. Bu ehtimallar haq­qında məlumatlandırılan Ənvər Paşa 1915-ci il deka­brın 25-də birlikləri hazır vəziyyətə gətirdi. Ərzurumdan Baş Koman­danlığa göndərilmiş şifrəli teleqramdan bəhs edən 5-ci Sənəd Ənvər Paşanın proqnozunu dəstəkləyirdi. Osmanlı Dövlətinin müvafiq təhlükəsizlik tədbirləri görmə­sinə bax­ma­yaraq, ermənilərin öz ərazilərini məcburu dəyişməsi qa­nun qəbul edilmədən öncə baş verdi və onlar müxtəlif yer­lərdə məş­kunlaşdılar. Buna baxmayaraq, ermənilərin yeni­dən məş­kunlaşması Vandakı qiyamlardan sonra baş­ladı. Ermənilərin Van ətrafında toplanması və silahlanması, eyni zamanda Rusların gəlişini gözləmək rəsmi sənədlərdə əks etdirilirdi. Digər tərəfdən, 1915-ci il mart ayının əv­vəl­lərin­də Baş Koman­danlıq rusların Van əyalətini işğal etmək arzu­sun­da olmalarına və erməniləri inqilaba baş­lamağa həvəs­ləndirmək niyyəti güdmələrinə, şübhəsiz inan­dırdı. Rus Or­du­sunun erməni kom­itələrini necə dəstək­ləməsi ölkə boyun­ca ermənilərin fəaliy­yətinə dair məlumat və sənədləri əhatə edən Baş Komandanlıq tərəfindən tərtib edilmiş məruzəyə əsasən deyilirdi: “Rusiya ərazisi daxilində yer­ləşən kənd və şəhərlər araşdırılır, müsadirə olunanlar isə ermənilərə paylanılırdı…”.

Rusiya sərhəd eskadronları yaxınlığında məskunlaş­mıs mühacir ruslardan və digər mənbələrdən əldə edilmiş məlu­matlara əsasən mənşəcə əksəriyyəti Bəyazid, Van və Bitlis ermənilərindən olanların 6000 İğdırda toplanmış

Van qubernatoru Cevdet bəyin yuxarıda qeyd edil­miş xəbərdarlıqlarına əməl edilmədiyi üçün lazimi tədbirlər görülmədi və 1915-ci il aprelin 17-də Sitakda baş vermiş ilk qiyam bütün əyaləti bürüdü. Beləliklə, Van və onun kəndlərində məşkunlaşmış ermənilər həmin ildə qiyama başladılar. Erməni katolikosu V.Kevork bu qiyamlarda 10.000 silahlının iştirak etdiyini bildirdi.

May ayının 10-da Van qubernatoru Cevdət bəyin Vanda nəzarəti ələ ala bilməyəcəyini qeyd edərək hakimiy­yət orqanlarına göndərmiş olduğu teleqrama əhəmiyyət verilmə­diyi üçün qiyamlara start verildi. Bir neçə gün sonra, yəni mayın 15-də ruslar Vana daxil olmaqla təxminən 30 min Türkün regiondan qaç­ma­sına səbəb oldu. Bu baxım­dan bütün rus hərbi əməliyyatları erməni qiyamlarının sayə­sində öz hədəflərinə çatmış oldu. Bu zaman Osmanlı Höku­məti məcburi transportasiya və məskunlaşmadan bir ay ön­cə qərar qəbul etdi. Bu qərara əsasən Osmanlı Dövləti 1915-ci il aprelin 24-də doqquz ayın sonunda səfərbərlik haq­qında bəyannaməyə əməl etməklə Rus Ordusun idarəçiliyi ilə yaranmış könüllü polklarının və qiyama başlamış bütün erməni siyasi təşkilatlarının yayıl­ması ilə bağlı əmr verdi. Bu əmr bir növ Osmanlı Dövlətinə qar­şı aparılan əməliy­yat­larda Osmanlı Ordusunun iştira­kına bir işarə idi.

Beləliklə, Vanda baş verən bu hadisələr onu göstərir ki, Türk Ordusu həmişə arxadan vurularaq xəyanətə məruz qalmışdır.

İlahə Abdullayeva

Azərbaycanda Atatürk Mərkəzininəməkdaşı

filologiya üzrə fəlsəfə doktoru