Türkiyədə “Mustafa Kamal” gəmisi saya oturub

 

Türkiyə bayrağı ilə üzən “Mustafa Kamal” gəmisi Hatay vilayətinin Dörtyol rayonu sahillərində saya oturub.

Aralıq dənizindəki güclü fırtına səbəbindən 68 metr uzunluğundakı gəmi sahilə qədər sürüklənib.

Hələlik ekipajın sayı və xilasetmə işləri ilə bağlı məlumat yoxdur. Azərtac