Təhsil naziri: Ortaq türk tarixi dərsliyi hazırdır 

Ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır.

Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlanması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: “Eyni zamanda, ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq”.