Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Özbəkistan Ali Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb.

ATATURK.AZ nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, seçkilərlə bağlı vətəndaşların fəal şəkildə səsvermədə iştirak etməsi və siyasi iradələrini sərbəst şəkildə ifadələri barədə məlumatlar məmnunedicidir. Bildirilir ki, Türkiyə ilə strateji ortaq olan Özbəkistanın bütün sahələrdə yeniliklər etməsi rəsmi Ankara tərəfindən məmnuniyyətlə dəstəklənir. Açıqlamada səsvermənin azad, ədalətli və şəffaf keçirilməsi ifadə olunur. Bildirilir ki, seçkilərin nəticəsi Özbəkistanda demokratikləşmə prosesinin müvəffəqiyyətlə irəliləməsinin göstəricisidir.

Qeyd edək ki, xarici müşahidəçilərə görə, dekabrın 23-də “Yeni Özbəkistan, yeni seçkilər” şüarı ilə keçirilən seçkilər açıq, tam demokratik və şəffaf şəraitdə başa çatıb.