“Azərbaycanın Mehriban siması” kitabı təqdim edildi

Dekabrın 7-də Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin növbəti “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabının təqdimatı keçirilib.
Atatürk Mərkəzinin rəhbəri,  akademik Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq qonaqlara kitabın yazılma ideyası və elmi-siyasi, publisistik məziyyətləri haqqında ətraflı məlumat verdi: “…Bu kitab mənim dəyərli dostum, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsgəri, tanınmış siyasi xadim, professor Vaqif Abdullayevin növbəti yaradıcılıq məhsullarından biridir. Onun hələ neçə il əvvəl Ulu Öndərin layiqli davamçısı İlham Əliyev haqqında yazdığı kitabını məmuniyyətlə xatırlayıram.
Vaqif müəllim İlham Əliyev haqında o vaxt elə dəyərli fikirlər yazıb proqnozlar vermişdi, onların demək olar hamısı özünü doğrultdu. Hansı ki, həmin kitab yazılanda İlham Əliyev tamamilə başqa sahədə çalışırdı. Yəni, Vaqif Abdullayev siyasətdə öncəgörənlərimizdən biridir, onu bu uğurlarına görə təbrik edirəm…”.
Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında yazılmış bu fundamental əsər haqqında ətraflı danışan akademik Nizami Cəfərov daha sonra kitab haqqında dəyərli təəssüratlarını bölüşmək üçün tanınməş ziyalılara, qonaqlara söz verdi. YAP Siyasi Şurasının üzvləri-Musa Musayev, sabiq deputatlar-Xeyrəddin Qoca, Alqış Musayev, jurnalist Asif Mərzili, publisist-yazıçı Nəzir Əhmədli, jurnalist Azadə Hüseynova və digərləri kitab haqqında fikir və düşüncələrini bildirdilər.
Kitabın gürcü dilinə tərcümə edilməsi işinə artıq bu fəaliyyətə start verilib.
***
Xatırladırıq ki, Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab 416 səhifədən ibarətdir, kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur. Kitabın ön səhifəsin Mehriban xanım Əliyevnın bir  kəlamı yer alıb.
“Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
YAP Siyası Şurasının üzvü, siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin oxuculara böyük hərflərlə təqdim   etdiyi “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabında Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev   Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCO-un xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin   dövləti, elmi-¬mədəni, humanitar, ictimai-¬ siyasi fəaliyyəti geniş təhlil olu¬nub. Kitabda Mehriban Əliyevanın dünyəvi qadın lider kimi   peşəkar liderlik keyiyyətlərinə və fəaliyyətinə geniş şəkildə nəzər salınıb,  Azərbaycanın əldə etdiyi uğurlara verdiyi   sanballı töhfələr təhlil edilib.
Sonda   iştirakçılara təşəkkürünü bildirən Vaqif Abdullayev kitabın yazılması və gələcək yaradıcılıq planları barədə məlumat vermişdir.