Azərbaycan Milli Dirçəliş Günü Bursada qeyd edilib

 

Qardaş ölkə Türkiyənin Bursa şəhərində 17 noyabr Milli Dirçəliş günü münasibətiilə Türk Dünyası adına önəmli və coşqulu bir gün yaşanıb. TESİAD (Bütün Fəal Sənaye İş adamları və İş Qadınları Dərnəkləri Federasiyası), TESAM (Türkiyə İqtisadi, Siyasi  Araşdırmalar Mərkəzi), Türküstan Toyu (Türk Dünyası Münasibətləri Araştırma və İnkişaf Mərkəzi) tərəfindən təşkil olunan tədbirə Türküstan Toyu müdiri M.İlyas Bozkurt, Türküstan Toyu müdir köməkçisi Talha Zeytuncu, Üsküdar Universiteti Sosiologiya elmlər doktoru, professor Əbülfəz Süleymanlı, Azərbyacan Kültür Dərnəyi Bursa Şöbə Müdiri Handan Əskəran Ton, Dünya AxıskaTürkləri Birliyi Bursa Təmsilçisi Paşa Əlixan, eyni zamanda siyasi partiya təmsilçiləri, akademiklər, iş adamları və çox sayda vətəndaşlar qatılıb.

Çıxışında Azərbaycanın Milli Dirçəliş gününü təbrik edənTürküstan Toyu müdiri M. İlyas Bozkurt – Türk insanın qəlbində Azərbaycanın yeri bir başqadır, -deyə söyləyib.

Adının sonunda can olduğu kimi bizlər üçün başında da can vardır deyən Bozkurt belə bir tədbirin gələcəkdə Azərbaycanda da qeyd etməyi düşündüyünü açıqlayıb.

Türkiyə-Azərbaycan Qardaşlıq gecəsi və Azərbyacan Milli Dirçəliş Günü adlı tədbirin aparıcı Bengü Türk Televiziyasında yayınlanan “Azərbaycan Rüzgarı″ verilişinin aparıcısı həmvətənimiz Səidə Ömər olub. Tədbir Türk mədəniyyətini əks etdirən  şeir, rəqs və mahnılar ilə davam edib.