Bengü Türk TV-də “Azərbaycan Rüzgarı” verilişi yeni mövsümə başlayır

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının İstanbulda fəaliyyət göstərən  Bengü Türk Televiziyasında yayımlanan “Azərbaycan Rüzgarı” verilişinin yeni mövsüm   çəkilişləri başlanılıb. Timsal Qarabəkir xanım  “Azərbaycan Rüzgarı” programının ilk qonağı   olacaq.

Verilişin müəllifi və aparıcısı olan telejurnalist Səidə Ömərin veridiyi məlumata görə, Türkiyənin Bengü Türk kanalında  həftədə bir dəfə yayımlanması nəzərdə tutulan “Azərbaycan Rüzgarı” proqramının əsas məqsədi Azərbaycanın mədəniyyəti, tarixi şəxsiyyətləri, görkəmli simaları, coğrafiyası ilə  bağlı bilgiləri Türkiyə ictimaiyyətinə catdırmaq və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməkdir.  Habelə Azərbaycanın tarixi həqiqətləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsi, münaqişə nəticəsində ölkəmizə vurulan zərər, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyəti haqıında Türkiyə ictimaiyyətinə məlumatlar vermək “Azərbaycan Rüzgarı” proqramının əsas hədəflərindən biridir.

Səidə Ömər onu da qeyd edib ki, “Azərbaycan Rüzgarı” proqramının yeni mövsümdə ilk qonağı böyük  önder Mustafa Kamal Atatürkün yaxın dostu, məsləkdaşı böyük Türk sərdarı Kazım Qarabəkir Paşanın əziz qızı Timsal Qarabəkir xanım olacaqdır . Verilişin mövzusu isə qədim türk torpaqları olan Naxçıvandır.