Ziya Zakir Acar: Viza tələbinin ləğvi barədə qərar Türkiyə vətəndaşları tərəfindən böyük sevinclə qarşılandı

Türkiyə vətəndaşlarına qardaş ölkədə 30 gün vizasız qalmaq hüququnun verilməsi üçün Azərbaycanın qəbul etdiyi qərar tarixi qərardır. Bu hüquq iki qardaş xalqın qarşılıqlı istəyinə, mənəvi dəyərlərimizə göstərilən ehtiramdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, İğdır Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Ziya Zakir Acar bildirib.

“Bu qərar Türkiyə vətəndaşları tərəfindən böyük sevinclə qarşılandı”, – deyən Ziya Zakir Acar bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin dinamik inkişafını daha gücləndirəcək. Vizasız gediş-gəliş bütün parametrləri ilə hər iki tərəfə fayda gətirəcək, əlaqələri şaxələndirəcək.