“Bengü Türk” Televiziyasının aparıcısı Səidə Ömər təltif edilib  

Bu barədə Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov məlumat verib.

O bildirib ki,  bir ilə yaxın müddətdə “Bengü Türk” Televiziyasının “Azərbaycan rüzgarı”  televiziya layihəsinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərən  Səidə Ömər  öz layihəsində həm Türk dünyasının mədəni bağlarının dərinləşməsində Azərbaycan həqiqətlərinin yayılmasında və mədəni irsimizin təbliğ olunmasında səmərəli fəaliyyətlə məşğul olmuşdur. Bu səbəbdən  Oxu Akademiyasının Qiymətləndirmə Komissiyasının qərarı ilə S.Ömər “Milli-mənəvi irsimizin təbliğinə və Azərbaycan həqiqətlərini Türk dünyasına çatdırlmasındakı fəaliyyətinə görə” Oxu Akademiyasının Fəxri diplomu ilə təltif edilib.