Türk Şurasının məqsədi xarici siyasətdən iqtisadiyyata, nəqliyyat və turizmdən təhsil və mədəniyyətədək bir çox sahələrdə işbirliyini inkişaf etdirməkdir. Baş katib media sahəsində əməkdaşlığa da toxunub: “Media sahəsində önəmli bir qərar qəbul etdik. Ortaq Türk televiziyası quracağıq. Yeni qurulacaq kanal xüsusilə, Türk Şurasının məqsədləri istiqamətində yayımlanacaq. Biz bu televiziya kanalında ümumi ortaq bir dil yaratmağı planlaşdırmırıq. Televiziya yayımları hər ölkə üçün ayrıca zaman bölmələrinə ayrılacaq. Məsələn, Türkmənistan üçün vaxt zonası, Azərbaycan üçün vaxt zonası. Hazırda televiziya kanalının qurulması istiqamətində danışıqlar aparılır, texniki məsələlər müzakirə olunur”.

Bağdad Amrayev qarşıdakı illərdə Özbəkistan və Türkmənistanı da Türk Şurasının bir hissəsi olaraq görmək istədiklərini deyib: “Hər iki qardaş ölkənin də bayraqlarını Türk Keneşi binası önündə görməyi arzu edirik”.

Qeyd edək ki, Türk Şurasının 7-ci Zirvə toplantısı bu ilin  oktyabrında Bakıda keçiriləcək.

Mehparə Sultanova
Ankara