Dövlət dili: Azərbaycan Cümhuriyyəti kontekstində  

 

Açar sözlər: ünsiyyət və dəyərlər, tələffüs və təfəkkür, dil siyasəti və dövlətçilik.

Giriş

İnsanın natiq və siyasi varlıq olması sosio-humanitar el­min bütün sahələrində rəhbər tutulmuşdur. Bu istiqamətlə de­mək olar ki, millətin maddi-fiziki varlığı ilə yanaşı onun mə­nə­vi-ruhi varlığı da mövcuddur. Dil və din də millətin mənəvi-ru­hi varlığının təcəssümü və təzahürüdür.

Fəlsəfənin əsasları sübut edir ki, dilin inkişafında zaman və məkan vacib hadisədir. Hazırda Azərbaycan dili müasir ədə­bi və elmi fikirlərin düşüncədən nitqə gətirmək və yüksək sə­viy­­yə­də ifadə imkanlarına malik olmaqla nüfuzlu dövlət dilləri sı­ra­­sın­dadır. Dilin dərin düşüncəni mükəmməl şəkildə ifadə et­mə imkanlarının formalaşması üçün uzun əsirlər inkişaf yolu keç­məsi məntiqi şərt olaraq qarşıda durur. Əgər nəzərə alsaq ki, dili ictimai həyat mühiti və birgəyaşayış mədəniyyəti ya­ra­dır, inkişaf etdirir, demək nəticə alınır ki, Nəsiminin mahir us­tad­lıqla yaratdığı əsərlər həmin dilin və onu formalaşdıran xal­qın bir neçə min il öncəki inkişaf mərhələsini tələb edirdi. Bu ar­qu­ment Azərbaycan türkünün, oturuşmuş mədəniyyətinin, və onun dilinin nə qədər qədim olmasına dəlildir.

Azərbaycan xalqının təfəkkür tərzi, ifadə mədəniyyəti, ün­siy­yət əxlaqı və ədəbi dil imkanları onun siyasi mə­də­niy­yə­ti­nin və siyasi millət olma potensialının nümunəsidir. Bu mətləb təsa­dü­fən vurğulanmır. Çünki siyasi millət anlayışı milli dilin tə­tbiqi mövcudluğu, bu dilin dövlət dili olaraq bütöv siyasi sis­te­mi əhatə etməsi ilə xeyli dərəcədə şərtlənir. “Dil siyasətinin ən humanist və ya mədəni forması dil quruculuğudur ki, burada si­ya­si iradədən daha çox elmi-mədəni təşkilatçılığı öz rolunu oy­na­yır” (1,98). Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti ta­ma­milə humanist ideyalara əsaslanır. Çünki,  xalqın milli bir­li­yi­nin, suverinliyinin və siyasi bütövlüyünün təminatçısı olan Azər­bay­cançılıq ideologiyasının tərkib hissəsidir.

Millətin min illərlə formalaşdırdığı dəyərlərin ya­şa­dıl­ma­sı, bu dəyərlərin gənc nəsillərə ötürülməsi üçün də dil mühüm ha­di­sədir. Deməli, dil  təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni za­man­da, dəyərlər sistemidir. Bu baxımdan S.Xəlilovun fikrilə “dil­çi­lər çox vaxt sözlərin mənasından sərf-nəzər olunaraq an­caq formanı, strukturu öyrənməyə çalışırlar. Nəyin deyilməsi yox, necə deyilməsi, hansı qaydaya əməl edilməsi önə çəkilir. Do­ğ­rudan da, onla­rın əsas işi məhz formaların, qəliblərin öy­rə­nil­mə­sidir” (2).  Lakin filosoflar dilçilərdən əsaslı şəkildə fərqli ol­araq dilin məna yükünü, ideya və məzmun zənginliyini ya­ra­dır. Başqa sözlə dilçilər dilin tələffüzü ilə məşğul olursa, filo­sof­lar dilin təfəkkürü ilə məşguldurlar. Dilin təfəkkürü ilə məş­ğul olmaq isə millətin, xalqın təfəkkür mədəniyyətinin zən­gin­li­yi ilə yanaşı həm də onun nitq mədəniyətinin yüksəlməsinə xid­mət­dir. Hegelin nəzərinə görə “öz dilində elmin bütün xəzi­nə­si­ni ifadə etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. … Baş­qa dildə çatdırılan biliklər öz dilimizdə nüfuz edə bi­lə­cə­yi­miz incəliklərdən məhrumdur. Onlar bizdən arakəsmə ilə ay­rı­la­raq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!” (2).

Qədim türk mənşəli Azərbaycan dili zəngin türk dili ailə­si­nin Oğuz qrupuna daxildir. IV-V əsrdən etibarən fəal ictimai ümum­xalq canlı danışıq dili olan Azəri-türkcəsi Azərbaycan tor­paq­la­rında yaşayan qədim türk əsili soyların və boyların dü­şün­cə­sindən və təfəkkür mədəniyyətindən qaynaqlanmışdır. -Kit­abi Dədə Qorqud- dastanı buna əyani sübutdur. İctimai-si­ya­si nöqteyi-nəzərlə bütün dünya dilləri kimi Azərbaycan dili də tarixi təkamül prosesi keçmişdir. Bu istiqamtdə İzzəddin Hə­sə­noğlu, Qazi Bürhanəddin və Seyyid Hüseyn İmadəddin Nə­si­minin yaradıcılığı mühüm rol oynamışdır.  Bu  anadilli ədə­biy­yat dünya poeziyasının tacı olan Məhəmməd Fizulinin yara­dıcılığında daha aydın və dolğun bir istiqamət almışdır.

XVI əsr Azərbaycan dilinin tarixində siyasi və ədəbi cə­hət­dən ən əlamətdar və yüksəliş dövrdür. Beləki, 1501-ci il­dən eti­ba­rən Şah İsmayıl Xətainin rəhbərliyi altında paytaxtı Təbriz ol­maqla Səfəvi dövlətinin yaranması ilə Türk dilinin dövlət dili elan edilməsi və dövlət hakimiyyətinin bütün rəsmi qə­rar­la­rının, əmr və sərəncamlarının, xarici məktublarının hər birində öz əksini tapmışdır. Klassik ədəbiyyat nümayəndələrindən Fü­zulinin və Həbibinin yaradıcılığı Türk dilinin imkanlarının ge­niş­lə­nməsi və nüfuzunun yüksəlməsi üçün ciddi təsir gös­tər­miş­dir. Şah İsmayıl Xətainin lider olduğu Qızılbaşlar dövlətində si­ya­si sistemin, ordunun, ədəbiyyatın və elmin rəsmi dili kimi qə­bul edilən Türk dili hakim olaraq siyasi cəhətdən tamamilə rəsm­i­ləşdirildi. Burada bir məqama da diqqət yetirmək istər­dim; Səfəvi dövlətinin xarci siyasəti kifayət qədər yüksək xətt ilə davam edirdi və xarici ölkələrdəki səfirliklər olduqca nü­fuz­lu fəaliyyət göstərirdi. Bu isə o deməkdir ki, həmin şəraitdə Türk dili inkişaf etmiş Avropa dilləri səviyyəsində, ədəbi abi­də­lə­ri­nə görə bəlkədə onlardan daha nüfuzlu idi. Qızılbaşlar döv­rün­də Türk dilinin daha da cilalanması məsələsində klassik ədə­­biy­yala  yanaşı  şifahi xalq ədəbiyyatinın da müstəsna rolu ol­­muş­­dur. Məhz, şifahi xalq ədəbiyyatının görkəmli nü­ma­yən­də­si Aşıq Qurbani də həmin ədəbi mühitdə formalaşmış və dilin in­ki­şafında, təbliğində boyükböyük rol  oynamışdı.  Eyni za­man­da klassik ədəbiyyat nümayəndələrindən Füzulinin və Hə­bi­bi­nin yaradıcılığı Türk dilinin imkanlarının genişlənməsi və nü­­fu­zunun yüksəlməsi üçün ciddi təsir göstərmişdir. Başqa söz­lə, Türkdili şifahi xalq ədəbiyyatı Qurbaninin, xalq şer dilinin ya­­zı­lı forması Şah İsmayıl Xətainin, Məhəmməd Əmaninin və Hə­­bi­binin əsərləri ilə təmsil olunurdusa, Məhəmməd Fizulinin dol­ğun dili elmi-fəlsəfi tutumu ilə Türk millətinin elmi-ədəbi in­tel­lektini təmsil və nümayiş etdirir, dilin özünə yeni-yeni üfüq­lər açırdı. Məhəmməd Əmin Rəsulzadə qeyd edir ki, “Fü­zu­li­yə böylə bir əzm təqlin edən eyni zamanda, müasiri bu­lu­nan Şah İsmayıl Xətaini türkcə şerlər yazmağa sövq ey­lə­miş­dir. Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yaz­maq “sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edə­n­lər çoxaldı. Azərbaycan türk ədəbiyyatı müstəqil bir cə­rə­yan aldı” (3,15).

XIX-əsr Azərbaycan dilinin taleyində faciəli siyasi ha­di­sə­lə­rin baş verdiyi dövr kimi yadda qalmışdır. Belə ki, 1828-ci il­də Azərbaycan ərazisinin parçalanması ilə dili də əsarət altına düş­müş­dür. Cənub Azərbaycan fars şovinizmi, Şimal Azər­bay­can da  isə rus çarizmi şüurlarda və ictimai-siyasi həyatda öz si­ya­si manipuliyasiyasını və diktaturasını möhkəmləndirmək üçün Türk dilinə mütamadi zərbələr vurmuşlar. Lakin dahilərin ədə­bi irsi, xüsusən həmin dövrə müasir hesab edilən böyük sə­nət­kar­lar Vidadinin, Vaqifin, Nəbatinin duru və canlı dili ic­ti­mai mühitin hakimi idi.

Türk dilinin dərsliklər zəminində işlənib hazırlanmasında və ictimai-siyasi həyatın ifadəsinə çevrilməsində XIX-XX əsrin gör­kəm­li ziyalılarından Mirzə Kazım bəy, Seyid Əzim Şirvani, Mir­zə Əli Əkbər Sabir, Mirzə Şəfi Vazeh, , Mirzə Əbdülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Mə­cid Qənizadə, Məhəmməd Tağı Sidqi, Seyyid Həsən Ta­ğı­za­də, Mirzəbala Məhəmmədzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyr bəy Hacıbəyli, Abdulla Şaiq, , Əhməd Ca­vad, Abbas Səhhət, Səməd Vurğun, və başqa ictimai-siyasi xa­dim­lə­rin adını qeyd etmək olar. Bu məqamda xüsusi qeyd edi­lm­əlidir ki, Güney Azərbaycanda milyonlarla qan qar­dş­ım­ı­zın ruhunu, qəlbini ifadə edən Məhəmməd Hüseyin Şəhriyarın müs­təs­na yeri var.

Ədəbi dilinin normalarının müəyyənləşməsi və nəzəri dil­çi­lik istiqamətində realist üslubla diqqətə çarpan Mirzə Fə­tə­li Axundov yaradılıcığı  dilin inkişafına müsbət təsir gös­tər­miş­dir. Bu istiqamətlə də mətbuat dilinin formalaşması başlamış  Hə­sən bəy Zərdabinin fəaliyyəti ilə (baxmayaraq ki, cəmi 56 nöm­rə nəşr edilən) milli mətbuatın və sivil ictimai mü­na­si­bət­lə­rin, xüsusən, yazılı ictimai rəyin bünövrəsi olan “ƏKİNÇİ” qə­ze­ti ərsəyə gəlmişdir. Xalqın milli taleyində elə hadisələr olur ki, onun inkişafına ağır zərbə vurur. Ürək ağrısı ilə qeyd edil­mə­li­dir ki, Azərbaycan türkünün şüuru üzərində psixi terror və mə­nə­vi işğal aktı olaraq onun millətinin adı, dilinin adı və əlif­ba­sı  bir əsrdə beş dəfə dəyişdirilmişdir. Bədbəxlikdən bu bi­zim milli-mənəvi taleyimizdə çox dərin iz buraxmışdır… Qeyd et­di­yim kimi, (ilk növbədə vətəndaş olaraq gələcək ictimai-si­ya­si risqləri nəzərə alaraq) bu həqiqəti bilməliyik ki, XX yüz il­də Azərbaycan türkünün milliyyət və dil adı beş dəfə də­yiş­di­ri­lib:

  1. Tatar dili-tatar; (1828-1900) ;
  2. Türk dili-türk (1918-1938);
  3. Azərbaycan dili-azərbaycanlı (1938-1992);
  4. Türk dili-türk (1992-1995);
  5. Azərbaycan dili-azərbaycanlı (1995-ci ildən).

Bununla belə hazırda Azərbaycan Respublikasının Konsti­tu­siyasının 21-ci maddəsinə əsasən dövlət dilinin adı -Azər­bay­can dili-dir. Bu məqamda, milli dilin dövlət dili kimi Azər­­bay­can Cümhuriyyəti kontekstində  təkamülündən və rəs­mi qərarlaşmasından bəhs etmək istərdim. Yuxarıda göstərilən ta­rixi reallığa rəğmən XX əsr Azərbaycan dilinin ən yüksək sə­viy­yə­yədə inkişaf etdiyi dövrdür. Bu dövrdə dilimiz sözün hə­qi­qi mənasında çiçəklənmiş  və tərəqqi etmişdir. Ədəbi dil mə­sə­lə­si əsrin əvvəllərində çarizmə qarşı aparılan milli ictimai-si­ya­si mübarizə prinsipinin önündə dururdu. Bu prosesdə 1905-ci il­dən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə tərəfindən tə­sis edilən “HƏYAT”, “İRŞAD”, “AÇIQ SÖZ” qəzaetləri və “FÜ­YU­ZAT” məcmuəsi milli dil və milli mətbuat uğrunda edi­lən əməli, davamlı mücadilə idi. Həmin illər  milli dildə ki­ta­b­la­rın hazırlanması, dərsliklərin buraxılması, müntəxabatların tər­tib edilməsi ilə çox səciyyəvidir. Bu baxımdan Bakıda “Ni­cat”, “Nəşri-məaarif” və “Səfa” kimi nəşryatlar fəaliyyət gös­tə­rir­di. Həmçinin ictimai xalq dilinin qaynağı olan “Molla Nə­si­rəd­din” -in meydana gəlməsi ilə səhnə mədəni nitqi və milli mə­də­ni özünü ifadə təfəkkür tərzi formalaşmışdır. Dilin du­ru­lu­ğu və saflığı məsələsi də həmin illərədə aktual olmuşdur. Bu is­ti­qamətdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyr bəy Hacıbəyov, Ömər Faiq Nemanzadə və digər ictimai xa­dim­lər ana dilində canlı əsərlər yazmaqla bu missiyanı əməli ola­raq layiqli şəkildə həyata keçirirdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaran­ma­sı milli dilin siyasi nüfuzunu özünə qaytardı. Qeyd edim ki, Mə­həm­məd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cüm­­huriyyətinin siyasi hakimiyyəti tərəfindən 1918-ci il iyu­nun 27- də dövlət dili haqqınada qərar qəbul olunur və Türk di­li dövlət dili olaraq elan edilir. Milli dilin dövlət dili elan edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri sı­ra­sında milli istiqlala təminatçı kimi meydana gəlmişdi və şəx­siy­yət-cəmiyyət-dövlət suverenliyinə əsaslanan dövlət qu­ru­cu­lu­ğu­na  zəmin yaratmışdır. Həmin vaxtdan təhsil sisteminin də mil­li dildə formalaşması əsas vəzifə olmuşdur. Bununla bağlı qə­bul edilən qərar sənədləri aşağıdakı kimi tərtib edilmişdir.

Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin or­ta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı*

                                                 (28 avqust 1918)

  1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təh­sil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qay­da­da tədris etməklə, şagirdlərin ana dilində aparılsın.
  2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəs­sisə­lərində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikin­ci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, hə­min müddət başa çatanda dövlət dilində təhsil almayan şa­gird­lər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər.
  3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni di­lində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə hə­min tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (mil­li­ləş­di­ril­miş) dərs keçilən paralel şöbələri ləğv edilsin.
  4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində apa­rılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bil­mə­yən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şö­bə­lərdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcm­­də tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilin­də təhsilə keçə bilsinlər.
  5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şa­g­ir­dlər həmin tədris müəssisələrinin kursunu bitirənədək təd­ris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazirinə bir və­zi­fə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün sinif­lə­rində türk dilinin artırılmış həcmdə tədris olunmasına nə­za­rət etsin.

Qeyd: Ulduzla işarələnmiş sənədlər rus dilindən tərcümə edilmişdir

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c. 225-226.

Əlbəttə bu mövzu bir sıra tədqiqatçılar və alimlər tərə­fin­dən araşdırılmış, müəyyən qənaətlər əldə edilmişdir. “Cüm­hu­riy­yət öz dil siyasətini həyata keçilmək üçün təhsilin çox  mü­hüm sahə olduğunu  ön plana çəkdi, belə ki, 28 avqust 1918- ci il­də hökumət ibtidai və orta təhsil müəsisələrində təhsilin ana di­lin­də aparılması haqqında qərar verdi. Qərarda göstərilir ki, 1) bütün ibtidai təhsil müəsisələrində tədris ana dilində apa­rıl­ma­lı­dır: 2) dövlət dili icbari qaydada tədris olunur.  27 dekabr 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Sə­məd bəy Mehmandarov ordu dilinin Türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bil­mə­yən zabitlərə dili öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddətdə heç olmasa komandaları mil­li dildə  verə bilməyən zabitlər ordudan xaric ediləcəklər” (1,32-33).

Bununla belə, Türk dilinin bütün dövlət strukturlarında öy­rə­niıməsinə tələb edilən vaxt daxilində yalnız müvəqqəti ola­raq rus dilindən istifadə edilməsi məsələsi də nəzərdən ke­çi­ril­miş­dir. Həmin hadisə aşağıdakı kimi sənədləşdirilmişdir:

Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəs­sisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı

(27 iyun 1918)

Hökumət 27 iyun 1918-də qərar verdi:

Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məh­kə­mə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında d­u­ran­lar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus di­li istemalına da müsaidə edilsin.

Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və bi­na­gü­zar­lıqları məcmei, №1, 15   təşrini-sani, 1919, s. 18;

Государственный Архив АР, ф. 100, оп. 2, д. 7, л. 9;

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pec­nyб­ли­кa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник до­ку­мен­тов). Бaкy, 1998, c.201.

 

Xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitab­lar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında Par­la­ment qanunu

(18 sentyabr 1919)

Закон Парламента об отпуске 1 млн. руб. на приобре­тение для библиотек народных училищ книг на тюр­к­ском языке

(18 cентября 1919)

ЗАКОН

  1. Отпускается из средств Государственного казначейства в распоряжение министра народного просвещения один (1000000) млн. руб. на приобретение новых книг на тюркском языке для библиотек народных училищ.

За председателя Парламента

старший его товарищ  Г. А гаев

Секретарь А. Пепинов

Начальник канцелярии  М. Векилов

 

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pec­nyб­ли­кa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник до­ку­мен­тов). Бaкy, 1998, c. 103.

Rus bolşevizmi Azərbaycanı silah gücünə istila etsə də di­lin inkişafına mane ola bilmədi. 1926-cı ildə Bakıda birinci -Türko­lo­ji Qurultay- keçirildi. Türk dünyasında böyük əhə­miy­yət kəsb edən bu qurultayın Bakıda keçirilməsi milli dil üçün bö­yük hadisə idi. Qurultayın həm də  bir səciyyəvi cəhəti dilə ver­il­ən yüksək dəyərlə bağlı idi. Lakin təssüf ki, 30-cu illərdə dilin fədakar və görkəmli nümayəndələrindən bir çoxu terrora və represiyaya məruz qaldı…

1939 -cu ildə isə latın əlifbasından kiril əlifbasına keçid ic­ti­mai mühitdə xeyli dərəcədə durğunluq yaratmışdır. Məhz əlif­ba dəyişdirmək siyasətinin arxasındakı siyasi maraq xalqı nəşr edilmiş elmi-ədəbi məxəzindən uzaq salmaq və gənc nəsili özün­dən əvvəlki nəsilin irsindən məhrum etmək idi. Bu de­yi­lə­­n­lə­rə subut olaraq onu da əlavə edim ki, Azərbaycan sovetlər bir­li­yinə daxil edildikdən sonra 1937-ci ildə Azərbaycanda qə­bul edilən  Konstitusiyada dillə bağlı heç bir maddə də ol­ma­mış­dır.

1945-ci ildə AMEA-da Dilçilik İnstitutunun yaranması di­lin və dilçiliyin intellektual imkanlarının genişlənməsinə əhə­miy­yət­li təsir etmişdir. Həmin vaxtlarda Azərbaycan dilinin el­mi tədqiqi ilə məşğul olan nümayəndələrdən Bəkir Çobanzadə, Məm­mədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Müxtar Hüseyn­za­də, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Ab­dul­la­yev, Fərhad Zeynalov və digər dilçi alimlər yetişmiş, dilin el­mi inkişafına xidmət etmişlər. Xüsusi vurğulanmalıdır ki, döv­lət dilinin inkişafında, ədəbi dilin mövcudluğu vacib amil­dir  bu istiqamətdə şair və yazıçıların böyük xidmətləri var. Bu sı­ra­da çoxsaylı ziyalıların adını qeyd etmək olar… Lakin  gör­kəm­li Azərbaycan ziyalısı, milli dilin uğrunda (bir çox itgilərə ha­zır olmuş) mübariz, mərhum akademik Mirzə İbrahimovun misil­siz xidmətləri xüsusi olaraq daima etiramla anılmalıdır. Onun milli dilə, münasibəti bu gün də, gələcəkdə də mühüm əhə­miy­yətli   fikirləri onu göstərir ki, müəllif sovetlər dö­nə­min­də milli dilin bərqərar olması istiqamətində əməli mübarizə apar­mış­dır. Bu, hər bir Azərbaycan  gəncinin əsas devizi ol­ma­lı­dır.

1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə, 1937-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin döv­lət dili olması ilə bağlı maddə əlavə edilmişdir. Buna bax­ma­yaraq qərar həyata keçirilməmiş, yalnız 1978-ci ildə qəbul edi­lən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını təs­bit edən maddənin daxil edilməsi və onun həyata keçirilməsi real­laş­mışdır. Yalnız bundan sonra ölkənin sosial-ictimai-siyasi hə­ya­tında milli dil öz layiqli yerini tapmışdır. Başqa sözlə, illər­lə aparılan repressiv qadğalara, məhrumiyyətlərə, tə­ca­vüz­lə­rə baxmayaraq xalqın beyninə, qəlbinə həkk olunan -Cüm­hu­riy­yət sevdası və onun dövlət dili milli genetik şüurda sax­la­nıl­dı mənəvi əmanət olaraq gələcəyə intiqal edildi.

1991-ci ildən Müstəqqil Azərbaycan Respublikası qu­rul­du və 1995-ci il 12 noyabrda referendumla qəbul olunan Kons­ti­­tu­si­yada Azərbaycan dili dövlət dili olaraq təsbit edil­miş­­dir.

18 iyun 2001-ci ildə Azərbaycan Respublikasının pre­zi­den­ti tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haq­qında” fərman verilmışdir. Həmin fərmanda qeyd edilir ki, “çox qəribə görünsə də Azərbaycan dilçiliyinin sovet dövründə əl­də edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəs­kin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən sü­ni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir” (6).

Bu məsələ hazırkı illərdə daha da  dözülməz və­ziy­yət­də­dir. Xüsusilə də dilin tətbiqi normaları baxımdan. Burada bir sı­ra neqativləri qeyd etmək olar. İstər mətbuat, istər ayrı-ayrı küt­lə­vi infarmasiya vasitələri istərsə də dövlət qulluqçularının çı­xış və müsahibələrində. Buraya sosial-ictimai təşkilat və qu­rum­la­rı, dini icmaları da əlavə etmək olar.

Əlbəttə, bu istiqamətdə olan problemlərin, reallıqların həl­li və aradan qaldırılması baxımdan aşağıdakı kimi göstərilə bilə­cək bir sıra sərəncamlar imzalanmışdır.

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsər­lə­ri­nin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında Azər­baycan Respublikası Prezidentinin Sərəncamı (18 sentyabr 2008)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Döv­lət Proqramı haqqında Azərbaycan Respublikası Prezi­de­n­ti­nin Sərəncamı (23 may 2012)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Döv­lət Proqramı (9 aprel 2013) Azərbaycan Respublikası Pre­zi­den­tinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edil­miş­dir.

Lakin bununla belə həmin problemlər aradan qal­dırıl­ma­dı. Aydınlıq üçün yuxarıda qeyd edilən, 18 iyun 2001-ci il ta­rix­li fərmanın digər bir məqamı dilin dövlətin taleyində vacib ol­du­ğu diqqətə çatdırılaraq  göstərilir ki, “Azərbaycan dövlət müs­təqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dili­nin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, di­li­m­izin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nə­za­rətin ­gücləndirilməsi məqsədi ilə qərara alıram: … ”

Burada milli dilin müstəqil dövlət rəmzlərindən biri kimi mü­qəddəs dəyər olaraq dərk edilməsi hər bir Azərbaycan və­tən­da­şının və dövlət məmurunun, xüsusən də alimlərin qar­şı­sın­da olduqca məsuliyyətli və şərəfli vəzifələr qoyur. Reallıq be­lə­dir ki, hazırda gənc nəsil xarici dil marağı ilə öz dövlət dili­nə müəyyən mənada laqeyd yanaşmaqdadır. Vacib vəzifə de­dik­də ilk növbədə, xarici dil biliklərinə yiyələnmək istəyən gənc­li­yə, öz dövlət dilinə diqqətin artırılmasına, ictimai şüurda Azər­­bay­can dilinin zənginliyin qorunmasına çalışmaq nəzərdə tu­tulur. Əlbəttə bu mövzu hər hansı bir məqalə ilə ilə məh­tud­la­ş­mır, gələcəkdə də bu istiqamətdə araşdırmalar davam edə­cək­dir.

ƏDƏBİYYAT

  1. Abdullayev Ə.Z. Dil, siyasət, sosial tərəqqi. Bakı, Azərnəşr, 1985. 196 s.
  2. http://felsefedunyasi.org/site/?name=xeber&dil=az&news_id=260
  3. Rəsulzadə M.Ə. “Azərbaycan  Cümhuriyyəti”.  Bakı,    1990. 116 s.
  4. Rəsulzadə M.Ə. “Əsrimizin  Siyavuşu”. Bakı, Gənclik, 1991. 122 s.
  5. Rəsulzadə M.Ə. Əsərləri. I cild.  Bakı,  Azərnəşr.  470 s.
  6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENTKİTABXANASI http://files.preslib.az/projects/remz/pdf/atr_dil.pdf
  7. Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, 1987, s.247).

Xülasə

 Məqalədə Azərbaycan dili elmi-tarixi-siyasi istiqamətdə təhlil edilir və dilin siyasi əhəmiyyəti əsas ideya xətti olaraq nəzərdə tutulur. Dilin  Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən rəsmi dövlət dili olaraq elan edilməsi xalqın milli taleyində ideoloji və siyasi baxımdan  zəruriliyi və mühümlüyü izah edilir. Dil  təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni zamanda, dəyərlər sistemidir. Azərbaycan Cümhuriyyətinin dil siyasəti tamamilə humanist ideyalara əsaslanır. Çünki xalqın milli birliyinin, suverinliyinin və siyasi bütövlüyünün təminatçısı olan “Azərbaycançılıq” ideologiyasının tərkib hissəsidir.

Резюме

В статье анализируется развитие Азербайджанского языка в историко-политическом ключе, сделан акцент на идее государственного языка как системообразующего фактора. Объявление правительством АДР Азербайджанского языка государственным оценивается как актуальное со­бытий­ное явление, обозначающее суверенное нацио­наль­­ное бытие азербайджанского народа, выражающуюся его нравственную целостность и судьбоносность его выбора.

 Dr. Rushan Rushanzade

 Summary

This article discusses the development of the Azerbaijani language in scientific, historical and political context and emphasizes the idea of the state language as a system-forming factor. Declaration the Azerbaijani as the state official language by Azerbaijan Democratic Republic is evaluated by author as a very significant historical and political event, which indicates the sovereign national existence, and expresses the moral integrity of the Azerbaijani people choice. Apart of being the communication means, language also represents system of values.

The language policy of Azerbaijan Democratic Republic was based entirely on humanistic ideas, because it consists part of “Azerbaijanism” ideology, which is the guarantor of national unity, sovereignty and political integrity of Azerbaijani people.

RUŞANZADƏ  Ruşan

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

AMEA-nın Fəlsəfə İnstitutunun

 “Sosiologiya” şöbəsinin böyük elmi işçisi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.