Görüşdə təşkilatın fəaliyyət istiqamətləri və Özbəkistana dair tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov və nazir müavini Ozodbek Nazarbekov əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı mülahizələrini bölüşüblər. Qeyd olunub ki, Özbəkistan TÜRKSOY çərçivəsində fəallığı ilə seçilib. Türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TÜRKSOY bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək.