“İraq-Türkiyə poetik əlaqələri” kitabı Atatürk Mərkəzi tərəfindən nəşr olunub

Spread the love

Filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərovun “İraq-Türkiyə poetik əlaqələri” kitabı Atatürk Mərkəzi tərəfindən nəşr olunub. Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.

Vilayət Cəfərovun ərəb ədəbiyyatına dair 100-dən çox məqalənin, o cümlədən “Cəmil Sidqi əz-Zəhavi” (Bakı, Elm, 1984), “İraqda neoklassik poeziya” (Bakı, İrşad, 1998), “Əli qılıncı Zülfüqar” (Bakı, 2000) adlı elmi tədqiqat əsərlərinin müəllifidir.

Həmçinin o, ərəb ədəbiyyatından bir sıra əsərləri,  Cürci Zeydanın “Fərqanə gəlini” (roman) və İraq ədəbiyyatından bir sıra hekayələri Azərbaycan dilinə tərcümə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir