Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

Spread the love
 

29.10.2018. Türkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibətilə Ankarada rəsmi mərasim keçirilib.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər rəsmi şəxslər, siyasi partiyaların rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbir ziyarət olunub. Atatürkün məzarı önünə əklil qoyulub, xatirəsi yad olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.

Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təşkil olunan mərasimlər gün ərzində ölkə ərazisində davam edəcək.

Xatırladaq ki, 1923-cü il oktyabrın 29-da türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin yaranması bəyan edilib.

AZƏRTAC 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir