Nizami Cəfərov. TÜRK DÖVLƏT GƏNƏŞİYİ

Ən qədim dövrlərdən başlayaraq türkləri xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biri (bəlkə də, birincisi) onların (türklərin) zəngin dövlət quruculuğu (və idarəçiliyi) mədəniyyətinə malik olmalarıdır.
Göy Türklərin Kül tiqin abidəsi (732) məlumat verir:
«Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda on-ların arasında insan oğlu yaradıldı. İnsan oğlu üzərində dədə-babalarım Bumın kağanla İstemi kağan hakim oldular. Hakim olub türk xalqının elini (dövlətini), törəsini (idarəçilik qayda-qanunlarını) dirçəldib möhkəmləndirdilər»…
Göründüyü kimi, hər şeydən əvvəl, qədim türklər ina¬nır¬-lar ki, kağan (xaqan) hakimiyyətə Tanrının iradəsi (məs¬lə¬hə¬ti) ilə gəlir. Və bunu, maraqlıdır ki, kağan özü də «etiraf» edir:
«Türk xalqının adı-sanı (şərəfi) yox olmasın deyə atam ka¬ğanı, anam xatını yüksəldən Tanrı, el (dövlət) verən Tanrı türk xalqının adı-sanı (şərəfi) yox olmasın deyə məni taxta oturtdu».
Və beləliklə, Tanrı türk kağanını «seçir»… Türk kağa¬nı hakimiyyətə ona görə gətirilir ki, xalqın normal yaşayı-şını, şə-rəfini təmin etsin… Bunun üçünsə türk törəsinə, dədə-baba¬lar-dan qalmış möhkəm (və müqəddəs!) qayda-qanunlara əməl eləmək lazımdır.
Bu tələb həm kağana, həm də xalqa aiddir.
«Türk» sözünün bir neçə etimoloji mənalarından (tö-rə-mək, artmaq, güclü, qüdrətli və s.) biri də «törəsi (qayda-qa¬nun¬¬-ları) olan, yaxud ona riayət edən» deməkdir. Əslində, «türk» sözünə verilən populyar tarixi interpretasiyalardan hər üçü məna-məzmunca bir-birilə səsləşir: törəmək – törə ilə ya¬şamaq – güclü-qüdrətli (passionar) olmaq…
Tarixin (və ya tarixşünaslığın) yaddaşında qalmış ən qə-dim türk dövləti Turan (e.ə. I minilliyin ortaları), ilk böyük türk hökm¬darı isə Alp Ər Tonqadır… Bu dövlətin (və onun hökm-darının) tarixi qüdrəti barədə keçən eranın sonu yeni eranın əvvəllərində yaranmış «Alp Ər Tonqa» dastanı eramızın birinci min¬illiyi boyu çox məşhur olmuş, Qəznəlilərin hökmdarı Sul¬tan Mahmud Qəznəvi İran şairi Firdovsiyə həmin mövzuda əsər yazıb türkləri (sələflərini) tərənnüm etməyi sifariş versə də, dahi şair «milli təəssübkeşliyi» ucbatından Turana yox, İrana üstünlük verdiyinə görə türk hökmdarı tərəfindən, haqlı olaraq, cəzalandırıl-mışdır. Lakin Alp Ər Tonqanın (və Tu¬ra¬nın) əzəmətinə heç «Şahnamə» müəllifi də sona qədər kölgə sala bilməmişdir.
E.Ə. I minilliyin sonlarına doğru türklərin Hun siyasi bir¬liyi formalaşır ki, onun yaradıcısı Tümən kağan idi… Və be-ləliklə, Böyük Türk Kağanlığının «əbədi» tarixi başladı.
Tüməndən sonra hakimiyyətə oğlu Mete – qədim türk epo¬sunun qəhrəmanı Oğluz kağan keçir… Və onun zamanında Bö¬yük Türk Kağanlığının hüdudları xeyli genişlənərək bü¬töv-lükdə Böyük Çölü əhatə edir.
Mete (Oğzu) kağanın mənbələrdə mühafiə edilmiş məş-hur dövlət gənəşiyi, yəqin ki, türk dövlətçiliyi tarixində ilk gənəşik hadisəsi deyildi…
Düşmən tayfalar hələ zəif olan Hunlara elçi göndərib ka-ğanın atını istəyirlər. Mete ətrafını toplayıb məsləhətləşir. «Yox» deyirlər… Ancaq kağan vəziyyəti nəzərə alıb atın ve¬ril-məsi qərarına gəlir… Düşmən bir daha elçi göndərib Metenin xanımını istəyir. Yenə də məsləhətləşmə keçirilir. Nüfuzlu adamların əxlaqsız iddiaya kəskin etirazına baxmayaraq kağan bu dəfə də güzəştə gedir… Azğınlaşmış düşmən üçüncü dəfə ölkənin yarasız bir torpaq sahəsini tələb etdikdə məsləhət üçün top¬lananlardan bəziləri kağana «ver getsin», -deyirlər – «Əv¬vəl-ki iddialarla müqayisədə bu tələb heç nədir». Kağan qəzəb¬lənib həmin adamların başını vurdurur. Və deyir ki, «əvvəl gü¬zəştə get-diklərim şəxsən mənə mənsub idi, torpaq isə döv¬lətindir, onu heç kim öz xoşuna düşmənə verə bilməz»…
Bu əfsanə-mənbə qədim türklərdə həm dövlət gə-nəşiyinin olmasını, həm onun formatını, həm də qərar çı-xarma fəlsəfəsini (üsul, metod, son sözün kimə məxsus olması və s.) əks etdirir.
Eramızın ilk əsrlərindən Şərqdən Qərbə «axan» hunlar həm bir sıra müasir türk (qıpçaq) xalqlarının əsasını qoyur, həm də türk törəsini (ümumən dövlətçilik mədəniyyətini) Av¬ropaya yayırlar. Xüsusilə Atilla dövründə (I minilliyin or¬talarında) Hunların (türklərin) Qərbi Avropaya təsiri yeni dinin (xristianlığın) qarşısındakı maneələri aradan qaldıraraq «qo-calmış Avropanı cavanlaşdırmaq cəhdi» kimi xarakterizə oluna bilər.
Qərbi Avropada Hunlar (və Atilla) ilə bağlı mənfi ste-reo¬tiplərin yaranmasına baxmayaraq, obyektiv araşdır-malar (mə¬sələn, bax: Laszlo Maracz. The Huns in Western con¬s-ciousness: inages, stereotypes and civilization. – Global – Turk, 2015, №1-2) göstərir ki, türk dövlət idarəçiliyi ənənələri Avropaya əhəmiyyətli mədəni təsir göstərmişdir.
I minilliyin ortalarında Böyük Türk Kağanlığı – Göy Türk dövləti (imperiyası) simasında təzahür edir…
Əvvəlki türk dövlətləri kimi əsas coğrafiyasını Böyük Çö¬lün təşkil etdiyi Göy Türk imperiyası dövründə türklərin döv¬lət quruculuğu (və idarəçiliyi) texnologiyaları barəsində yal¬-nız şifahi yox, həm də zəngin yazılı mənbələr – «Kültiqin, Bil¬gə kağan, Tonikuk abidələri mövcuddur. Və bundan sonra Ta¬rix türklərin dövlətçilik mədəniyyəti, o cümlədən dövlət gənəşiyi barədə təkcə danışmır, həm də yazır.
Turan, Hun və Göy Türk dövlət-imperiyalarından sonra türk¬lər Dünyaya harmoniya gətirən bir sıra böyük si-yasi birliklər də yaradırlar: Qaraxanlılar, Səlcuqlar, Moğol-lar, Qızıl Ordalılar, Səfəvilər, Osmanlılar…
E.ə. II minilliyin sonu I minilliyin əvvəllərindən baş-layan (ondan bir neçə min il əvvəl isə ümumaltay «təcrübə»si olan!), təxminən üç min illik ardıcıl, davamlı tarixə malik türk dövlətçilik ənənəsinin kifayət qədər universal qanunauy¬ğun-luqlarından, modellərindən (və nəticə etibarilə, geno¬tipo¬lo¬gi-yasından) bəhs etmək olar.
Və bu mövzuda daha əsaslı söhbət açmaq üçün bö-yük tarixçilər Əbdülqadir İnan, Bəhaəddin Ögəl, Mirəli Se-yidov… kifayət qədər geniş imkanlar yaratmışlar.
Türk cəmiyyətinin strukturu, məlum olduğu kimi 1) ailə (oğuş), 2) ailələr birliyi (uruğ), 3) tayfa (boy), 4) tayfalar birliyi (budun), 5) xalq (el) iyerarxiyasına əsaslanır.
Tayfanı (boyu) – bəy; tayfalar birliyini (budunu) – yab-qu, şad və ya iltəbər; xalqı (eli) isə kağan idarə edir.
Böyük Türk Kağanlığı (imperatorluğu), əslində, «boylar konfederasiyası»dır ki, burada həm bir idarəçilik demok¬ra¬tiz¬mi, həm də mərkəzçiliyi sarsıda biləcək qədər «boy (tayfa) sər-bəstliyi» vardır.
Və fmkrimizcə, türk dövlət gənəşiyi kağanlıq təkha¬ki-miy¬¬¬yətliliyi ilə (xalqın öz passionar azlığı vasitəsilə) dövlət idarəçiliyində iştirakı ehtiyacı arasındakı dialoq və ya diskurs (ünsiyyət) zərurətindən yaranmışdır.
Ümumi qənaət bundan ibarətdir ki:
«Böyük Hunlardan başlayaraq hər türk dövlətində döv-lət işlərinin müzakirə olunduğu (məsləhətləşildiyi) bir məclis var¬dır. Əvvəllər «Toy», moğollardan sonra «Qurultay» ad¬la¬nan bu məclislərin quruluşu və burada iştirak edənlər müxtəlif türk dövlətlərində bir-birindən fərqlənmiş, səlahiyyət və müzakirə (məsləhətləşmə) mövzuları da dəyişilmişdir. Boy (tay¬fa) bəy¬ləri bir sıra xanədan mənsubları və yüksək rütbəli dövlət mə¬mur¬ları bu məclisdə iştirak etmişlər» (Büyük Türk Klasikleri, I c., Ötüken – Söğüt).
Türk dövlətlərinin (imperiyalarının) zəngin tarixi təc-rübəsindən çıxış edərək (və onları mövcud araşdırmalar əsa¬sın-da ümumiləşdirərək) türk dövlət gənəşiyini təhlil etməyə çalışaq…
Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdi-rən cə¬hət¬lərdən birincisi, heç şübhəsiz, hökmdar, yaxud dövlət baş-çısı kultudur… Hunların əfsanəvi hökmdarı Mete – Oğuz ka¬ğan Çin imperatoruna yazdığı məktubu bu cür başlamışdı: «Hun-ların Göy (Tanrı) tərəfindən taxta çıxarılmış kağanı» …Göy Türklərin hökmdarı da xalqa müraciətində özünü məhz bu cür təqdim eləmişdi…
Lakin türklərdə kağan, bir sıra qədim xalqlardan fərqli olaraq, heç də Tanrı mənşəli deyil. Və ona görə də Tanrı (Göy) tərəfindən müqəddəs hökmdarlıq, xüsusi səlahiyyət (kut!) verilmiş kağan missiyasını məsuliyyətlə yerinə yetirməsə, Tan¬rı onu öz himayəsindən məhrum edib sərt cəzalandıra bilər.
Bununla belə kağan olmaq iddiası, prinsip etibarilə, yalnız kağan soyundan (nəslindən) gələnlərə düşür. Və çoxlu id¬dia¬çılardan kimin kağan olacağını isə yenə də Tanrının ira¬dəsi müəyyən edir.
Türk dövlətçilik təfəkküründə öz geniş əksini tapmış (hət¬ta türklər arasında kütləviləşmiş!) bir mühüm məsələ də «Dün¬ya dövləti» ideyasıdır ki, bunun məzmunu Tanrının türk ka¬ğanına bütün Dünyanı idarə etmək səlahiyyətini verməsi ina-mı¬dır. Və bu inam Osmanlı imperiyasına qədər gəlib çıx-mışdır…
Bütün bunlar isə o deməkdir ki, türk dövlət gənəşiyinin zəruriliyini, mövzusunu, vaxtını (məqamını), formatını, yerini və s. hökmdar (dövlət başçısı) müəyyən edir. Çünki o, mü¬qəddəs bir missiya icra edən (Tanrının iradəsini yerinə yetirən) mütləq hakimdir… Lakin dövlət idarəçiliyi təcrübəsində türk hökmdarlarının məcburiyyət (aşağılardan aktiv və ya passiv təz-yiq) üzündən də gənəşik keçirmələri faktları az olmamışdır. Və bu, adətən, «aşağılar»ın hakimiyyətdən narazılığını aradan qaldırmaq (onlara ya təzyiq göstərmək, ya da güzəştə getmək) məqsədi da-şımışdır.
Bir də törə (türk törəsi) vardır ki, kağan nə qədər «ha-kimi-mütləq» olsa da ona riayət etməyə borcludur. Və buraya, əsasən, aşağıdakı qaydalar daxildir:
1) Xalqın (dövlətin) taleyilə bağlı məsələləri kağan gə-nəşiksiz həll edə bilməz;
2) dövlət gənəşiyində xalq mümkün qədər maksimum təmsil olunmalıdır;
3) heç olmasa ildə bir dəfə (və hər dəfə eyni vaxtda), zə-ruri oldu-olmadı, dövlət gənəşiyi (toy, qurultay, divan və s. formatlarında) keçirilməlidir;
4) dövlət gənəşiyini kağan (hökmdar) yox, hamının hörmət etdiyi nüfuzlu ağsaqqal (bilgə) idarə etməlidir;
5) arzu edən hər kəsin danışmaq, fikir söyləmək, mövqe bildirmək hüququ vardır.
Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdirən ikinci cəhət türk dövlət quruculuğu (və idarəçiliyi) ənənələrinin zənginliyidir, qayda-qanunlara (törəyə) ciddi riayət olun¬ma¬sıdır. Əgər kağan türk törəsinin əsaslarını pozarsa, Tanrı da ondan üz döndərər. Və bu tələb türklər islamı qəbul etdikdən sonra da özünəməxsus bir şəkildə (müsəlman dünyagörüşünə uyğun olaraq) davam etdirilmişdir…
Türk törəsinin əsas şərt-prinsipi isə «ədalətlilik»dir!..
Kağan idarə etdiyi xalqın – cəmiyyətin (nəticə eti-ba¬rilə, bütün insanlığın!) taleyinə cavabdehdir… Bunun həyata ke-çirilməsi üçünsə ən optimal (və populyar) yol dövlət gənə¬şiyi olmuşdur. Xalqla məsləhətləşmək (hətta buna ciddi ehtiyac görünməsə belə!) hökmdarın törəyə riayət etməsinin ən kütləvi nümayişi sayıla bilərdi.
Lakin türklərin tarixində elə qurultaylar da olmuşdur ki, hökmdarın türk törəsinə gətirdiyi yenilikləri, yeni qaydaları təs-diq etmək (bəyənmək), yaxud da onun məzmunu ilə tanış olmaq üçün çağrılmışdır.
Türk dövlət gənəşiyində törə özünün hamı tərəfin-dən qəbul olunmuş (ənənəvi) vəziyyətində «hökmdar (kağan) – xalq» münasibətlərinin qurulmasında, idarəçilik texnolo¬giya¬la-rının səmimiliyində, dövlətin (imperiyanın) uzunömür¬lü¬lü¬yün¬də mühüm rol oynamışdır.
Törəyə əməl olunmasının məsuliyyətini ilk növbədə kağan daşıyırdı…
Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdirən üçüncü cəhət dövlətlərin ərazicə geniş coğrafiyanı əhatə etmək-lə çoxlu sayda tayfa birliklərindən təşkil olunması idi… Döv¬lət daxili informasiya mübadiləsinin, xüsusilə hökmdar fərman-larının «aşağılar»a çatdırılmasının, eləcə də «aşağılar»dakı vəziyyət barədə məlumat alınmasının operativ olmadığı (ək¬sinə, çoxlu sayda texnoloji çətinliklərin olduğu) dövrlərdə toy¬lar, qurultaylar və s. miqyasında keçirilən gənəşiklərə böyük eh¬tiyac var idi. Və bu ehtiyac çox zaman hökmdarın «mütləq ha-kimiyyət» səlahiyyətlərini məhdudlaşdırır, gənəşiklərin hətta vaxtaşırı olaraq keçirilməsi zərurətini doğururdu.
Məsələn, «Dədə Qorqud» eposunda (və onun əsasında yazıya alınmış «Kitabi-Dədə Qorqud»da) vaxtaşırı toy (gənə-şik) keçirməyən hökmdara qarşı Oğuz bəylərinin ciddi nara¬zı-lığından, ondan incimələrindən danışılır.
Türk dövlət gənəşiyində imperiyaların ərazinin ge-niş¬li-yi¬ndən irəli gələn problemləri həll etmək üçün bir sıra təd¬birlər gö¬rülmüşdür:
1) tələsik keçirilməli olan dövlət gənəşiyinə yalnız az say¬da zəruri şəxslər (dövlətin «irəli çıxanlar»ı) çağırılmışdır;
2) kağan (hökmdar) daha yaxın adamları (saray əyan¬la-rını) toplayaraq gənəşik (müzakirə) aparmış, çıxa-rılan qərarlar «aşağılar»a göndərilmişdir.
Türk dövlət gənəşiyinin xarakterini müəyyənləşdi-rən dördüncü cəhət cəmiyyətin həyat tərzi, təsərrüfat ukladıdır… Sülh şəraitində, adətən, yüksək gənəşiyə o qədər də ehtiyac ol-madığı halda axınlar və ya müharibələr zamanı bu, qaçılmaz ol-muşdur.
Hər şeydən əvvəl ona görə ki, hökmdar sərkərdələr tərə-fin¬dən idarə olunan ordunun ümumi başçısı, müasir təbirlə, «a¬li baş komandan»ı idi. İkincisi, axına gedəcək və ya ölkəni düşmən hücumlarından müdafiə edəcək ordunun böyük hissəsi məhz müharibə ərəfəsində xalq içərisindən toplanırdı. Və nə¬ha-yət, üçüncüsü isə, həmin ordunun əhval-ruhiyyəsini yük¬səlt¬mək, hansı ümumi ideallar (Vətən, din, hökmdar və s.) uğrunda döyüşəcəyini izah etmək lazım gəlirdi.
Sülh şəraitində keçirilən dövlət gənəşiklərində tən-tənə, bayram əhval-ruhiyyəsi həmişə çox güclü olmuşdur. Və bu za-man dini ayinlər icrasına, yemək-içmək məclislərinə, müxtəlif xarakterli (və türklər üçün ənənəvi) yarışların keçirilməsinə, mükafatların təqdiminə xüsusi diqqət verilmişdir.
Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən be-şinci cəhət türk dövlətinin beynəlxalq nüfuzu və ya beynəlxalq münasibətlər üçün məsuliyyətidir… Artıq qeyd edildiyi kimi, türklərdə «Dünya dövləti» ideyası (və iddiaları) kifayət qədər güclü olmuşdur. Geniş bir coğrafiyanı (Avroasiyanı!) məs¬kun-laşdıran (və idarə edən)türk hökmdarları üçün dövlət gənəşiyi ehtiyacının miqyası da geniş idi. Gənəşiyə yalnız müxtəlif türk tayfaları deyil, «hüdudsuz» coğrafiyanın müxtəlif xalqları da qa¬tılırdılar.
Türk dövlət gənəşiyinə dəvət olunanların içərisində nəinki müxtəlif dillərdə danışan (və müxtəlif mənşəli) xalq-ların (tayfaların), hətta xarici ölkələrin (dövlətlərin) nüma¬yən¬də¬ləri də olurdu. Bu mənada türk dövlət gənəşiyinin «dünyaya açıqlığ»ı barədə cəsarətlə danışmaq olar.
Və yeri gəlmişkən… Türk dövlət gənəşiyinin, ümu-mən türk dövlətçiliyinin həm yaranmasında, həm də inki-şafında qədim Şərq dövlət idarəçiliyi ənənələrinin (məsələn, Çin) müəyyən təsirləri də olmuşdur ki, bu, əsasən, türklərin «Dünya döv¬ləti» (dünyanı özlərinə cəlb etmək) iddialarından irəli gə-lirdi. Və «dünya ilə ünsiyyət» istəyinin (marağının və ya siya-sətinin) nəticəsi idi. Burada «kənardan təsir və ya təzyiq»dən ona görə söhbət gedə bilməz ki, türklər dövlət idarəçiliyinə «beynəlmiləl (və təbii ki, mütərəqqi!) texnologiyalar»ı zəif, yaxud əsarətdə olduqları dövrlərdə deyil, məhz güclü və ya ge-niş bir coğrafiyada hakimiyyətdə olduqları dövrlərdə mə¬nim-səmişlər.
Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən al¬tın-cı cəhət onun iştirakçılarının seçimindən və ya tərkibin-dən ibarətdir.
Qədimdən başlayaraq müxtəlif türk dövlətlərində (im-periya¬larında), qüvvədə olan törəyə görə, dövlət gənəşinə ilk növbədə hökmdar soyundan olan şəxslər (qeyd edək ki, onların demək olar ki, hamısı dövlət idarəçiliyində yüksək mövqe tu-turdular), ikinci növbədə, tayfa başçıları (bəylər), üçüncü növ-bədə isə, hərbi, dini və s. liderlər, ağsaqqallar dəvət edi¬lir¬di¬lər. Bu qayda o qədər möhkəm idi ki, kağan (hökmdar) tərə¬fin¬dən ona əməl olunmasa, yəni dəvət olunmalı şəxs dəvət edil¬məsə, kifayət qədər ciddi skandal yarana bilərdi.
Qurultay və ya toyun kağan tərəfindən irəlicədən müəy-yən edilmiş miqyasından (formatından) asılı olaraq, xalq küt¬lə-lə¬rinin iştirakı da gözlənilən idi. Burada əsas rolu dövlət gə¬nəşi-yinin «janr»ı, hansı məqsədlə keçirilməsi oynayırdı. Əgər gənəşik, məsələn, müharibə etmək və ya sülh bağlamaq üçün çağırılırdısa bir, törəyə dəyişiklik, yaxud təntənə-bayram üçün idisə başqa bir tərkib müəyyən edilə bilərdi. Ancaq əsas heyət, adə¬tən, dəyişməz idi.
Türk dövlət gənəşiyinin xarakterini müəyyən edən yed-dinci cəhət onun kifayət qədər mükəmməl keçirilmə qay¬da¬la-rının, müasir terminlə desək, protokolunun mövcud olmasıdır.
Tarixi mənbələr (və onların verdiyi məlumatların müqa-yisəli araşdırılaraq ümumiləşdirilməsi) göstərir ki:
1) dövlət gənəşiyinin toy, qurultay, divan və s. Forma-sın¬da keçirilməsinə uyğun xüsusi yeri (məqamı) olurdu (hətta bəzən at üstündə keçirilirdi);
2) həmin yer dövlət simvolları (bayraq, qədəh, damğa və s.) ilə «bəzədilirdi»;
3) hər kəsin oturmaq (hətta yatmaq, dincəolmək) üçün xüsusi yeri olurdu ( heç kim heç kimin yerini tuta bilməzdi);
4) hər kəsə mövqeyinə, statusuna uyğun yeməklər ve-rilirdi (və hər kəs atın, malın, yaxud qoyunun hansı hissəsini yeyəcəyinə qədər bilirdi);
5) dövlət gənəşində səs-küyün, qarışıqlığın olmama-sına, nümayəndələrin nizam-intizama riayət etmələrinə (onlar bu¬na onsuz da adət eləmişdilər) xüsusi nəzarətçi (yasavul) ca¬vabdeh idi və s.
Bütün bunlar onu göstərir ki, Böyük Çölün dövlətçilik ənə¬nəsində dövlət gənəşiyi, doğrudan da, mükəmməl bir törə (qa¬nunvericilik) qurumu (orqanı) olmuşdur. Və o, nəinki müs¬tə-qil dövləti olan (və modern parlamentarizm tex¬no¬lo¬gi¬ya¬la¬rından uğurla faydalanan) türk xalqlarının, hətta bu və ya digər döv-lətin tərkibində milli azlıq təşkil edən türklərin də etnik təfəkküründə (etnoqrafiyasında) bu günə qədər yaşayır.

Nizami Cəfərov
akademik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir