PKK terrorçuları İraqın şimalından Türkiyə ərazisini atəşə tutub


PKK terrorçuları İraqın şimalından Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda yerləşən Güven dağı ərazisindəki hərbi məntəqəni atəşə tutub.

AZƏRTAC xəbər verir ki, nəticədə Türkiyə silahlı qüvvələrinin 6 hərbçisi yaralanıb. Onlar helikopterlə Hakkariyə gətirilib. Əsgərlərdən biri şəhid olub.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir