Atatürk Mərkəzində “Türkologiya” kitabının təqdimatı keçirilib

 
 
 
 
İyulun 27 də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib. 
 
Tədbirdə layihə çərçivəsində  türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq yeni fundamental araşdırmaları özündə əks etdirən “TÜRKOLOGİYA” adlı kitab ictimaiyyətə təqdim olunub. Kitabın müəllifləri – Milli Məclisin deputatı akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Layihənin rəhbəri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlıdır. 
 

Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək bildirib  ki, məqsəd Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəyliyində rolu və  təsir imkanlarının, Türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğinə istiqamətlənib. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra türk dünyasının birliyinin aspektləri, türk xalqlarının ortaq dəyərlərinin əsaslarının tədqiqi istiqamətində həm elmi-mədəni, həm də dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Bəzi alimlərin məsələ ilə ilgili məhdud sayda kitabları vardır. Amma məhz müstəqillik dönəmində aparılan araşdırmaların əsas özəyini təşkil edən materiallar sistemləşdirilərək bir elmi-mədəni vəsait kimi təqdim olunmamışdır. Biz  uyğun nəşr və müzakirələrlə  çıxış etmək, ortaq milli-mənəvi, tarixi, mədəni, ideoloji maraqlarımızın təbliğini gücləndirməklə müasir Azərbaycan türkoloji fikri haqqında real təsəvvürlər yaranması işinə kömək etməyə çalışmışıq. 
 
Tədbirdə Akademik, millət vəkili Nizami Cəfərov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Emin Qəribli, professor Minəxanım Təkləli, şair, sosoloq, iqtisad elmləri doktoru Əməd Qəşəmoğlu, filologiya elmləri  üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyeva mövzu ətrafında çıxış edərək kitabın müasir  türkolofi araşdırma materialı kimi mühümlüyünü, fikir və mülahizələrini bildiriblər. Qeyd olunub ki, Azərbaycan türkoloji düşüncəsi elmi-mədəni baxımdan, türk xalqlarınıın birlik arzularının həyata keçməsində mühüm amillərdən biridir. Kitabda Türklər haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi, qədim türklər,türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və Türk dünyasnda inteqrasiya məsələləri elmi ideoloji baxımından ətraflı şəkildə araşdırılıb. 
Kitabdan elmi dairələr, türkologiya sahəsində elmi araşdırmalar aparan şəxslər (qurumlar), tələbə və gənclər,  habelə ölkəmizdən kənardakı qədim tarixi torpaqlarında yaşayan  soydaşlarımız,  müasir Azərbaycan türkologiyasının milli özünüdərk prosesində rolu barədə dolğun məlumat əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir