Türkiyəli professor: “Ermənistan monoetnik dövlətdir”

Ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb. Bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru Kemal Çiçek deyib.
O qeyd edib ki, ermənilər sadəcə ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıb: “Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Azərbaycanda erməni, rus, iranlı və başqa millətlərdən olan insanlar yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır. Sadəcə ermənilərdən ibarət bir dövlət yaradılıb”.
Professor qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir azərbaycanlı, müsəlman qoymadı: “Bu onu göstərir ki, ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir. Xocalıda yaşananlar da ermənilərin soyqırımı siyasətinin davamıdır. Orada insanlar azərbaycanlı olduqları üçün qətl ediliblər”.